Accessibility links

İran qeydiyyat idarəsi “Duyğu” adına şəxsiyyət vəsiqəsi verməyi rədd edib


Ərdəbil vilayətinin Germi şəhərində vətəndaşlıq qeydiyyatı şöbəsi bir ailənin yeni dünyaya gələn qız uşaqları üçün seçdikləri “Duyğu” adı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edib.

Bu barədə Araz News saytı və Güney Azərbaycan Televiziyası (Günaz TV) kimi mənbələr uşağın valideynləri olan Dəlir ailəsinə istinadən məlumat yayıblar.

Bir həftə əvvəl dünyaya gələn Duyğunun atası Adil Dəlir öz Instagram səhifəsində İranın vətəndaşlıq qeydiyyatının Germi şöbəsinə müraciət etdiyini ancaq ailənin seçdiyi türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilmədiyini yazıb.

“Bir həftədir “Duyğu” adına şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat idarəsindən doğru-düzgün cavab ala bilməmişəm. Duyğu qızımın bütün xidmət və tibbi xərclərinə baxmayaraq insani və təbii haqlarımızdan vaz keçməyəcəyəm,” deyə Adil Dəlir paylaşıb.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Uşaqlar bu müddət ərzində Adil Dəlirin işarə etdiyi subsidiyalı tibbi və sosial xidmətlərdən məhrum olurlar.

Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Elcan, Elin, Anar, Türkay, Tarkan, Dolunay və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat şöbələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

İranın vətəndaşlıq qeydiyyatı idarələri adətən adın “əcnəbi olduğu”, “İslam və ya İran dəyərlərinə uyğun olmadığı” və ya “təsdiq olunmuş adlar siyahısında olmaması” kimi iddiaları irəli sürərək bəzi türkcə adlara şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG