Accessibility links

Afiəddin Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib. Vəkil Zibeydə Sadıqovanın məlumatına görə, məhkəmədə bir neçə vəsatət verilib, lakin məhkəmə heç bir vəsatəti təmin etməyib:

“Vəsatətlərdən biri Afiəddin Məmmədovun məhkəməyə gətirilərkən əlinin arxadan qandalla bağlanması idi. Digər vəsatətlərdən biri isə məhkəmədə müstəqil medianın video və audio aparmasına icazə verilməsi idi. Təəssüf ki, məhkəmə vəsatətlərimizi təmin etmədi”.

Növbəti məhkəmə prosesi fevralın 6-a təyin olunub.

Afiəddin Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib
please wait

No media source currently available

0:00 0:01:19 0:00

İşçi Masasının sədri Afiəddin Məmmədov ötən il sentyabrın 20-də həbs olunub.

Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Elvin Mustafayev avqustun 7-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Elvin Mustafayevin ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Hər üç fəal ittihamları qəbul etmir və ittihamları fəaliyyətləri ilə əlaqələndirirlər.

Forum

XS
SM
MD
LG