Accessibility links

Azərbaycanın AŞPA-dakı səlahiyyətlərinə məhdudiyyət qoyula bilər


Frank Şvabe: Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti öhdəliklərini yerinə yetirmir
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Təşəbbüs AŞPA-nın Almaniyadan olan deputatı Frank Şvabe tərəfindən Azərbaycanın nümayəndə heyətinin öhdəliklərini yerinə yetirməməsi və əməkdaşlıq etməməsi əsası ilə irəli sürülüb.

Frank Şvabe AŞPA-nın məruzəçilərinin Azərbaycana sərbəst çıxışı olmadığını, 2023-cü ildə Azərbaycanı ziyərət edən məruzəçilərin siyasi məhbusları, həmçinin Laçın dəhlizini ziyarət edə bilmədiyini qeyd edib.

“İndi də seçkilərin müşahidəsi üçün dəvət göndərilməyib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti buna cavabdehdir. Bundan əlavə daim yeni siyasi məhbuslar, demokratik seçkilərin olmaması və 100 mindən çox insanın zorakılıqla qovulması məsələləri var. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etməkdən başqa seçim yoxdur”, Frank Şvabe qeyd edib.

Məsələ ilə bağlı AŞPA-nın Monitorinq Komitəsi növbəti 24 saat ərzində hesabat, AŞPA-nın prosedur qaydaları, immunitetlər və institusional məsələlər Komitəsi isə rəy verəcək. Çərşənbə günü AŞPA Azərbaycanın nümayəndə heyətinin səlahiyyətləri məsələsi üzrə müzakirələr aparacaq və səsvermə keçirəcək.

Qaydalara əsasən, AŞPA çərşənbə günü mümkün üç variantdan birini seçməlidir. AŞPA Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyə bilər, müəyyən səlahiyyətlərin məhdudlaşdırılması şərti ilə təsdiqləyə və ya təsdiqləməyə bilər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu addımı Azərbaycana qarşı təzyiq kimi qiymətləndirib.

Azərbaycana qarşı belə münasibətin əsas məqsədi kənar qüvvələrin, ilk növbədə, Fransanın təsiri ilə ölkəmizə mümkün qədər daha güclü təzyiqin göstərilməsidir. Lakin bu, əsla düzgün yol deyil və biz belə münasibəti rədd edirik. Avropa Şurası dialoq platformasıdır, ancaq burada qərəzli məqsədlərlə, əslində, Avropa Şurasının özünə, bir təşkilat olaraq onun fəlsəfəsinə zərbə vurulur”, deputat AZƏRTAC-a deyib.

Forum

XS
SM
MD
LG