Accessibility links

Bakıda aksiyaya cəhdin qarşısı alınıb


Əlövsət Sadıqlı (Arxiv foto. Foto Əlövsət Sadıqlının Facebook səhifəsindən götürülüb)
Əlövsət Sadıqlı (Arxiv foto. Foto Əlövsət Sadıqlının Facebook səhifəsindən götürülüb)

Yanvarın 22-də Bakıda polis razılaşdırılmamış aksiyaya cəhdin qarşısını alıb.

Aksiyanı Avropadakı azərbaycanlı siyasi mühacir Tural Sadıqlı növbədənkənar prezident seçkilərinə etiraz olaraq təyin edib.

İki gün öncə o, Facebook hesabında aksiyada iştiraka çağıran banner yerləşdirib: "Etiraz mitinqi. Öz haqlarınızı tələb etmək üçün 22 yanvar saat 13.00-da Bakıda Nərimanov metro stansiyasında McDonalds tərəfə çıxışa doğru gəlin", o yazıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədli Amerikanın Səsinə deyib ki, bu gün ehtimal olunan yerin yaxınlığında polis Sadıqlının valideynlərini saxlayıb və bir saat sonra onları sərbəst buraxıb.

"Polis aksiyanın keçiriləcəyi ehtimal olunan yerin yaxınlığından daha bir neçə nəfəri, o cümlədən Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Ənvər Ağamalıyevi və həbsdə olan fəal Rza Səfərsoyun həyat yoldaşı Təranə Səfərsoyu uzaqlaşdırıb", o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, hadisə ilə bağlı saxlanılan olmayıb.

Forum

XS
SM
MD
LG