Accessibility links

ABŞ Husilərə yenidən raket zərbələri endirib


ABŞ Husilərə yenidən raket zərbələri endirib
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Birləşmiş Ştatların hərbi qüvvələri Yəməndə Husilərin nəzarəti altında olan obyektlərə yenidən raket zərbələri endirib. ABŞ-ın raket zərbələri Birləşmiş Ştatların Husiləri yenidən qlobal səviyyədə terrorçu qrup kimi təsnif etməsindən bir gün sonra endirilib. ABŞ və Britaniya qüvvələrinin keçən cümə günü Yəməndə 60 obyekti vurmasına baxmayaraq, Husilər ticari və hərbi gəmilərə təhdidlərini davam etdirirlər. Ekspertlər həmçinin İranın regionda artan təcavüzündən narahat olduqlarını bildirirlər.

Birləşmiş Ştatlar noyabrın ortalarından bəri beynəlxalq gəmiçilik marşrutlarına 30-a yaxın hücumdan sonra Yəməndə Husiləri bu həftə yenidən qlobal səviyyədə terror qrupu elan edib.

Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi: “Husilər hücumları dayandırsalar, qərarı yenidən nəzərdən keçirə bilərik”.

Əks halda, ABŞ və Britaniya Yəməndə Husilərin radarları, buraxılış məntəqələri, dron və raket obyektlərinə əlavə zərbələr endirə bilər.

Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder: “Husilər özlərindən soruşmalıdırlar ki, bu qeyri-qanuni ehtiyatsız və təhlükəli hücumlar fonunda qabiliyyətlərinin nə qədər azalmasını və pozulmasını istəyirlər.”

Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Behnam Ben Taleblu: “Bu, müstəsna şəkildə çox gec oldu. Və hələ tam bərpa yoxdur”.

Demokratiyaları Müdafiə Fondundan Behnam Ben Taleblu kimi administrasiyanın tənqidçiləri deyirlər ki, onların hərbi təchizatçısı olan İrana xidmət edən Husilərə qarşı daha çox iş görülməlidir.

Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Behnam Ben Taleblu: “Bu, İslam Respublikasının ideoloji düşməni olan yəhudi dövləti ilə mübarizəyə sövq etmək üçün Yaxın Şərqdə ərəb torpaqlarında proksi qüvvələr yaratmaq və dəliklər açmaq üçün İslam Respublikası tərəfindən həyata keçirilən neokolonial layihədir”.

İran Yaxın Şərqdə Qəzza, Livan, Suriya, İraq və Yəməndə zorakı proksi qüvvələri qeyri-qanuni silahlarla təmin edir.

Bu ay ABŞ qüvvələri Somali sahillərində kiçik gəmidə Yəmənə gedən və İran tərəfindən hazırlanmış çoxlu sayda müasir adi silah ələ keçirib.

Dəfələrlə əksini sübut edən dəlillərə baxmayaraq, İran Husilərə raket tədarük etdiyini inkar edir.

Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Behnam Ben Taleblu: “İranın təhdidlərlə arasına məsafə qoymaq və inkar ehtimalı yaratmaq məqsədi güdən bir proksi strategiyası var. Amma bu yeni kəşf edilmiş raket qabiliyyəti ilə rejim əslində bunu nümayiş etdirməkdən çox məmnundur”.

Tehran bu həftə İraq və Pakistanda ölümcül raket hücumları həyata keçirməklə qonşularını qəzəbləndirib. İslamabad İrandakı səfirini geri çağırıb, İraqın şimalında kürdlərin yaşadığı bölgədə iraqlıların kütləvi etirazları başlayıb.

Forum

XS
SM
MD
LG