Accessibility links

İlqar Məmmədov: Azərbaycan vətəndaş cəmiyyətlərinin təqibinin yeni mərhələsinə başlayıb


İlqar Məmmədov
İlqar Məmmədov

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin şəxsi bank hesablarına həbs qoyulmasına münasibət bildirib.

Onun fikrincə ölkədə vətəndaş cəmiyəti təmsilçilərinə qarşı yeni təqiblər başlayıb. Bununla yanaşı REAL lideri Avropa Şurası Nazirlər Komitəsinin 2013-2016-cı illərdə Azərbaycanda qeyri-hökuimət təşkilatlarının təmsilçilərinin, jurnalistlərin həbsi ilə bağl Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasını gecikdirdiyini bildirib.

“Avropa Şurasının Nazirlər Komitəsi vətəndaş cəmiyyəti təqiblərinin 2013-2016-cı illər raundu üzrə Avropa Məhkəməsinın qərarlarının icrasını gecikdirdiyi bir durumda Azərbaycan belə təqiblərin yeni mərhələsinə başlayır: hakimiyyət Amerika Alman Marşal Fondunun ölkə nümayəndəsinin şəxsi bank hesablarına təzəliklə həbs qoyub”, Məmmədov X Platformasında yazıb.

Mehriban Rəhimlinin bank hesabına həbs qoyulması Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə istintaqla bağlı məhkəmə qərarı ilə əsaslndırılır.

Lakin Rəhimli bildirib ki, onun bu işə heç bir aidiyyatı yoxdur.

"2018-ci ildən Marshall Fondunun media proqramları olmayıb. Lakin belə proqramlar olsaydı belə, bunun şəxsi hesablara nə aidiyyatı var?" Rəhimli qeyd edib.

Yanvarın 17-də o, hesabına həbs qoyulması haqqında rəsmi qərarın təqdim edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Ona yazılı müraciət etməyi təklif ediblər.

Məhkəmədən bu gün ona yalnız cıxarış veriblər. Və bu çıxarışda qərarın hansı əsaslarla qəbul edildiyi göstərilməyib.

Rəhimli qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. O, Marshall Fondunun məsləhətçisi kimi fəaliyyətini Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirir.

Fond donor təşkilatı kimi Azərbaycanda qeydiyyatdan keçmədiyinə görə təşkilatın yerli tərəfdaşlarla bütün müqavilələri xidməti müqavilələr əsasında bağlanır. Vəsait bank hesablarına daxil olur, onlardan vergilər ödənilir və digər məcburi ödənişlər həyata keçirilir.

Hazırda Marshall Fondu Azərbaycanda qadınların iqtisadi hüquqlarının, vətəndaşların, o cümlədən veteranların sosial hüquqlarının, jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində layihələr həyata keçirir.

ABŞ-ın German Marshall Fondu (GMF) 1972-ci ildə təsis edilib, ABŞ və Avropa arasında əməkdaşlıq məsələləri ilə məşğul olan analitika mərkəzidir. Fondun qərargah mənzili Vaşinqtonda yerləşir.

Forum

XS
SM
MD
LG