Accessibility links

Urmiyədə barmaqlarının kəsilməsinə məhkum edilən məhbus intihar edib


Urmiyə həbsxanası
Urmiyə həbsxanası

Hüquq müdafiə qrupları Urmiyə həbsxanasında sağ əlinin dörd barmağının kəsilməsinə məhkum edilən bir məhbusun intihar etdiyinə dair məlumat yayıblar.

Adı Əmir Şahbazi olduğu açıqlanan məhbus həb udaraq həyatına son qoyub.

Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və HRA agentliyi kimi mənbələrin bildirdiyinə görə, oğurluq ittihamı ilə əlaqədar mühakimə edilmiş şəxs 4 il öncədən Urmiyə həbsxanasında saxlanılırdı.

Hadisə ilə əlaqədar sosial şəbəkələrdə paylaşılan məlumata görə, Şahbazi gizlətdiyi bir mobil telefonun həbsxana məmurları tərəfindən aşkar edildiyi üçün təkadamlıq kameraya göndərilmişdi.

Bir neçə il öncə də Urmiyə həbsxanasında barmaqlarını kəsmək cəzasına məhkum edilən başqa bir məhbusun intihara təşəbbüs etdiyinə dair xəbərlər yayılmışdı.

Qum vilayətinin ədliyyə idarəsinin rəisi Əli Müzəffərinin təqribən 10 gün əvvəl mətbuata verdiyi açıqlamalara görə, bu yaxınlarda vilayətdə oğurluq ittihamı ilə barmaqlarının kəsilməsinə məhkum edilmiş iki şəxsin cəzası tətbiq edilib.

Forum

XS
SM
MD
LG