Accessibility links

Asena Şəbani Təbriz Kəşfiyyat İdarəsinə çağırılıb


Təbriz sakini Asena Şəbani
Təbriz sakini Asena Şəbani

Təbriz şəhər sakini Asena Şəbani təhlükəsizlik qüvvələri tərəfindən Təbriz Kəşfiyyat İdarəsinə çağırılıb.

Şahin Bərzigər Instagram səhifəsində məlumat verib ki, təhlükəsizlik qüvvələri çərşənbə axşamı həyat yoldaşı Asena Şəbaninin və onun bacısının telefonuna, həmçinin öz atasının evinə zəng edərək Asena Şəbaninin Kəşfiyyat İdarəsinin ofisinə gəlməsini istəyiblər.

Milli fəal Bərzigər, həyat yoldaşının təhlükəsizlik qüvvələri tərəfindən çağırılma səbəblərini “milli tədbirlərdə iştirak etmək və Azərbaycan Milli Hərəkatının azadlığa çıxan siyasi məhbusları ilə görüşmək” olaraq bildirib.

Bərzigər eləcə də, həyat yoldaşının təxminən 10 gün əvvəl də çağırıldığı barədə də məlumat verib. O, qeyd edib ki, əvvəlki çağırılma səbəbi Asena Şəbaninin Traktor və Əl-Şarcə komandaları arasında keçirilən oyunda stadiona getməsi olub.

Asena Şəbani hər iki çağırışda Kəşfiyyat İdarəsinə getməkdən imtina edib və təhlükəsizlik qüvvələrinin məhkəmə orderi olmadan telefon vasitəsilə onu idarəyə ifadə vermək üçün çağırmasının qanunsuz olduğunu bildirib.

Bundan əvvəl Şahin Bərzigər digər dörd milli fəalla eyni vaxtda anonim telefon zəngləri ilə Kəşfiyyat İdarəsi tərəfindən çağırılmışdı.

Forum

XS
SM
MD
LG