Accessibility links

Urmiyə həbsxanasında siyasi fəal Hamid Qaraoğlani aclıq aksiyasına başlayıb


Hamid Qaraoğlani
Hamid Qaraoğlani

Hüquq müdafiəçiləri Urmiyənin mərkəzi həbsxanasında saxlanılan siyasi fəal Hamid Qaraoğlaninin aclıq aksiyasına başladığına dair məlumat yayıblar.

Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və HRA agentliyi kimi mənbələr xəstəliyi ağırlaşan Qaraoğlaninin tibbi məzuniyyət tələb etdiyini bildirirlər.

HRA agentliyinin çərşənbə axşamı yaydığı xəbərə görə, Urmiyə həbsxanasında daha əvvəl məhkum olduğu 13 illik həbs cəzasını çəkməkdə olan siyasi fəal yanvarın 16-da aclığın 3-cü gününddə təkadamlıq kameraya köçürülüb.

“Məhbusun ailəsinə yaxın bir mənbənin məlumatına əsasən, Hamid Qaraoğlani bazar günündən bəri aclığa başlayıb. Ailəsi və yaxınları onun xəstəliyinin ağırlaşdığı və aclığının davam etdiyi halda təkadamlıq kameraya göndərilməsindən narahatdırlar,” agentliyin saytında yazılıb.

Siyasi məhbusun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Hamid Qaraoğlani 2020-ci ilin iyun ayında İranın Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən nəzarət altına alınıb və nazirliyin iddiaları əsasında silahlı Xalqın Mücahidləri (MEK) qruplaşmasına üzv olmaqda ittiham edildi.

Prokurorluq siyasi fəala qarşı müharibə ittihami irəli sürüb və onun haqqında edam cəzası istəmişdi. Ancaq o, məhkəmə tərəfindən 13 il həbsə məhkum edilmişdi.

Forum

XS
SM
MD
LG