Accessibility links

Təbrizdə saxlanılan repçi Milad Cəlilinin işinə İnqilab Məhkəməsi baxacaq


Milad Cəlili, repçi
Milad Cəlili, repçi

İran Azərbaycanı ilə bağlı məlumat yayan xəbər saytlarının bildirdiyinə görə, Noyabr ayının 28-dən bəri Təbrizdə nəzarətdə saxlanılan repçi Milad Cəlilinin (Elşən) işi İran İnqilab Məhkəməsinə göndərilib.

Araz News və Güney Azərbaycan Televiziyası (Günaz TV) kimi mənbələrin bildirdiyinə görə, “tanınmış türk repçinin dosyesi bazar ertəsi günü Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə göndərilib.”

Keçən ilin noyabr ayında Milad Cəlilinin kəşfiyyat şöbəsində sorğu-sual edilən milli fəallara dəstək olaraq ifa etdiyi bir rep mahnısı sosial şəbəkələrdə paylaşımışdı. Təbrizli sənətkar mahnının yayılmasından az müddət sonra noyabrın 28-də saxlanıldı.

Sənətkarın hazırda Təbrizin mərkəzi həbsxanasında saxlanıldığı bildirilir.

“Milad Cəlili nəzarət altına alındıqdan bir neçə həftə sonra Təbrizin mərkəzi həbsxanasına göndərilib. Ancaq repçinin müvəqqəti azadlığı üçün mülki zəmanət hazırlayan ailəsinin dəfələrlə məhkəmə qurumuna müraciət etmələrinə baxmayaraq o, hələ də həbsədir,” deyə Araz News saytı bildirib.

Forum

XS
SM
MD
LG