Accessibility links

Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına buraxmayıb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Yanvarın 9-da Nərimanov Rayon Məhkəməsi Müsavat Partiyası və Milli Şuranın üzvi Tofiq Yaqublunun ev dustaqlığı ilə bağlı şikayətini təmin etməyib.

Vəkil Aqil Layıc bildirib ki, Tofiq Yaqublunun işi ilə bağlı verilən verilən heç bir vəsatət təmin olunmur.

"Prosessual əsas olmadan şəxsi həbsdə saxlayırlar. Mənə məhkəmənin necə keçdiyi ilə bağlı sual veriləndə gülməli gəlir. Biz şikayətləri atılmalı olan addım kimi atırıq", o deyib.

Tofiq Yaqublunun qızı Nigar Həzinin sözlərinə görə onlar məhkəmədən heç bir ədalətli qərar gözləməyiblər.

"Bizim üçün bu sadəcə prosedurdur, onu keçdik. Tofiq Yaqublunun həbsinin sifarişi birbaşa İlham Əliyevdən gəlib. Nəinki Tofiq Yaqublunun, eləcə də son repressiyalarda həbs olunan digər jurnalistlərin, fəalların həbsi onun sifarişi ilə həyata keçirilib. Atamın həbsi real müxalifətə olan təzyiq, basqıdır", Nigar Həzi qeyd edib.

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Forum

XS
SM
MD
LG