Accessibility links

Zəncanda mənzil növbəsi gözləyən işçilər mitinq keçirməyə davam edir


İranın Zəncan vilayətində milli mənzil üçün növbə gözləyən işçilər son aylarda dəfələrlə yürüş və aksiya təşkil ediblər.

İşçilərin son mitinqi şənbə günü prezident İbrahim Rəisinin vilayətin mərkəzi Zəncan şəhərinə səfəri zamanı baş tutub. Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, etiraz keçirən işçilər səhər saatlarında prezidentin hava limanından valilik binasına keçdiyi yola toplaşıblar.

“Təqribən 4 il öncə Zəncanda 400 ədəd milli mənzil layihəsinin təməlqoyma mərasiminin dönəmin prezidenti tərəfindən qeyd olunmasından bəri bir çox problemlə üzləşməkdəyik. Davamlı etirazlarımıza rəğmən bu problemlər çözülməyib,” Zəncanda milli mənzil üçün müraciət edən işçilərin nümayəndəsi İLNA agentliyinə deyib.

Bələdiyyə və digər sektorlarda çalışan işçilər mənzillərin təhvilinin gecikməsi və hər dönəm ödənəcək ödənişlərin məbləğinin artmasına etiraz edirlər. İşçilər deyir ki, “dövlət mənzilləri iki il ərzində təhvil verəcək idi, ancaq, təhvil verilməməsi bir yana, bir də ödəyəcəyimiz məbləği hər dönəm artırıblar.”

Agentliyə danışan işçilərin nümayəndəsinin dedidklərinə görə, “başlanğıcda 5 dövrdə ödənilməsi nəzərdə tutulan 40 milyon tümənlik ödənişlər indi 12 dövrdə 50 milyon tümənlik ödənişlərə yüksəlib... 10 ilə 12 milyon maaş alan bir işçinin bu məbləğləri necə ödəyəcəyi bəlli deyil.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG