Accessibility links

Yeni ABŞ qanunu xarici korrupsionerləri hədəf alır


Anti-korrupsiya və hökumət şəffaflığı üzrə fəallar deyirlər ki, yeni qəbul olunmuş Amerika qanunu federal ittihamçılara xarici hökumətərin rəsmilərinə qarşı cinayət işi açmağa imkan verəcək. Bu qanun çərçivəsində ABŞ şirkətlərinə rüşvət təklif edən və onlardan rüşvət alan şəxslər cavabdeh tutulacaq.

Milli Müdafiə Avtoriteti Aktı tərkibində yer alan Xarici Reketin Qarşısınıalma Aktı (FEPA) ABŞ Prezidenti Cozef Bayden tərəfindən qanun olaraq imzalanıb.

Yeni qanun 50 illik Xarici Korrupsiya Praktikaları Aktına (FCPA) güclü əlavə olacaq. Həmin qanuna əsasən, ABŞ-da olan şəxslərin rüşvət va yaxud digər şəkildə xarici rəsmilərə korrupsioner təsir göstərməsi cinayət hesab olunur.

ABŞ hökuməti mütəmadi qaydada xaricdə korrupsioner əməllərə gedən Amerika şirkətlərinə qarşı cinayət işləri açır. Lakin indiyədək ABŞ hökumətinin bu rüşvəti alanlar və yaxud istəyən xarici rəsmiləri tutub cəzalandırmaq imkanları məhdud idi.

Hüquqşünaslar deyirlər ki, sərhəd xaricində baş verən korrupsiya hallarının iki tərəfi var – rüşvəti verənlər və onu alan xarici rəsmilər. Yeni qanun spesifik olaraq rüşvətin tələbat tərəfində olan xarici dövlət rəsmilərini hədəf alır.

Bundan sonra ABŞ prokurorları hətta Amerika hüdudlarından kənarda yaşayan istənilən rüşvət istəyən və ya onu qəbul edən xarici rəsmiyə və ya şirkətə qarşı cinayət işi aça bilər.

Qanunda məhkum olunan şəxslərə 15 ilədək həbs cəzası, habelə $250,00 dollar cərimə və yaxud alınan rüşvət məbləğinin üç misli qədər cərimə nəzərdə tutur. Amerikalı ittihamçılara ekstradisiya müqaviləsi mövcud olduğu təqdirdə habelə həmin şəxslərin ABŞ-a təhvil verilməsinə ixtiyar verilir.

Korrupsioner xarici dövlət rəsmilərinə əl çatmadığı təqdirdə onların maliyyə vəsaitləri dondurulacaq və onlar ABŞ-la ekstradisiya müqaviləsi olan ölkələrə daxil olduqları halda Amerikaya təhvil veriləcəklər.

Forum

XS
SM
MD
LG