Accessibility links

İran: BAEA-nin hesabatında "yeni bir şey yoxdur"


Məhəmməd Eslami
Məhəmməd Eslami

İran çərşənbə günü bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında "yeni heç nə yoxdur". Hesabatda aylarla sürən yavaşlamadan sonra son vaxtlar İranın yüksək zənginləşdirilmiş uranın istehsalını sürətləndirdiyi bildirilir.

İranın ali nüvə rəsmisi Məhəmməd Eslami "Biz yeni heç nə etməmişik və fəaliyyətimiz qaydalara uyğundur. Biz 60% istehsal edirdik, heç nə dəyişmədik və heç bir yeni güc yaratmadıq" deyib.

BAEA-nin hesabatında deyilir ki, İran 2023-cü ilin ortalarından “yüksək zənginləşdirilmiş uran hasilatını artırıb”.

Bildirilib ki, İran noyabrın sonundan etibarən 60% zənginləşdirilmiş uran hasilatını ayda təxminən 9 kiloqrama qədər artırıb.

Nüvə silahında istifadə üçün hələ də 90%-ə yaxın zənginləşdirmə səviyyəsi tələb olunur. İran davamlı olaraq nüvə silahı potensialını inkişaf etdirmək üçün hər hansı ambisiyasını rədd edərək, fəaliyyətinin tamamilə dinc xarakter daşıdığını təkid edir.

ABŞ-la nüvə sazişi üzrə qeyri-rəsmi danışıqların bərpası zamanı İran bir jest olaraq zənginləşdirməni azaltmışdı. Amma son aylar iki ölkə arasında düşmənçilik güclənib və hər biri digərini İsraillə HƏMAS arasında müharibəni qızışdırmaqda ittiham edib.

İran ABŞ-ın o zamankı prezidenti Donald Trampın 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxmasından və genişmiqyaslı sanksiyaları yenidən tətbiq etməsindən bir il sonra böyük dövlətlərlə 2015-ci ildə nüvə sazişi ilə müəyyən edilmiş nüvə fəaliyyətlərinə dair məhdudiyyətlərə əməl etməyi dayandırıb.

BAEA-nin keçən ay AFP tərəfindən görülən məxfi hesabatına görə, o vaxtdan bəri zənginləşdirilmiş uran ehtiyatlarını saziş çərçivəsində icazə verilən səviyyədən 22 dəfə artırıb.

Eslami BAEA-nin son hesabatı ətrafında "media çılğınlığı"nı tənqid edərək, bunun "ictimaiyyətin diqqətini Qəzzadakı müharibədən yayındırmağa çalışdığını" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG