Accessibility links

İctimai fəal ev dustaqlığına buraxılmayıb


Ayxan İsrafilov
Ayxan İsrafilov

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü, narkotik maddə işi üzrə həbs edilmiş Ayxan İsrafilovun işilə bağlı hazırlıq iclası keçirilib.

Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırılıb.

Vəkil Fəriz Namazlı məhkəmədə qeyd edib ki, İsrafilov əvvəllər mühakimə olunmayıb və narkoloji ekspertiza onda narkoloji asılılıq aşkar etməyib. Bundan əlavə, Ayxan İsrafilov üçüncü qrup əlildir və birinci qrup əlil olan anası onun himayəsindədir.

Bu vəsatət təmin edilmədiyi təqdirdə vəkil məhkəmədən onun 3 saylı İstintaq Təcridxanasından Şüvəlan qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul etməyi xahiş edib.

Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsinə qarşı çıxıb, istintaq təcridxanasının dəyişdirilməsi məsələsini isə məhkəmənin ixtiyarına verib.

Müşavirədən sonra hakim hər iki vəsatəti təmin edilməmiş saxlayıb.

Növbəti məhkəmə prosesi 26 dekabra təyin edilib.

Xatırlatma

Ayxan İsrafilov avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

O, ittihamları qəbul etmir və həbsini öz fəaliyyəti ilə əlaqələndirir.

Forum

XS
SM
MD
LG