Dekabrın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində polis axtarışının aparıldığı, özünün isə saxlanıldığı bildirilir.
Yaqublunun evində axtarış aparılan zaman ailəsi özünün harada saxlandığını bilmədiyini bildirmişdi.
"Atam səhər tezdən evdən çıxıb, onun telefonuna zəng çatmır. Ondan xəbər tuta bilmirik. İndi polislər evimizdə axtarış aparır. Axtarışın aparılması səbəbi hələ də ailəmizə bəlli deyil. Axtarışı Nərimanov Polis İdarəsinin əməkdaşları edir, atam isə saxlanılıb", siyasətçinin qızı Nigar Həzi deyib.
Son məlumata görə, Tofiq Yaqublu və vəkili Aqil Layic Nərimanov Rayon Polis İdarəsinindədir.
Tofiq Yaqublunun qızı Nigar Həzi həmçinin bildirib ki, evdən pul çıxarıblar, 5 min avro, 2500 manat və miqdarını bilmədiyi qədər dollar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı Amerikanın Səsinə təsdiqləyib. O qeyd edib ki, araşdırma aparılır.
Forum