Accessibility links

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb


Karantin (foto arxiv-VOA)
Karantin (foto arxiv-VOA)

Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb.

“Qərara əsasən Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il aprelijn 2-dək uzadılıb.

Bundan əvvəl bu müddət 2024-cü il yanvar 2-dək olan dövrü əhatə edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib.

Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir.

Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.

Mayın 5-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etmədiyini elan edib.

Forum

XS
SM
MD
LG