İran Azərbaycanının bəzi vilayətlərində payız mövsüm başlayandan 8 nəfər qeyri-standart istilik cihazlarından zəhərlənərək ölüb.
İran mediasında dərc olunan xəbərlərin icmalı göstərir ki, son aylarda Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində qeyri-standart istilik cihazlarından istifadə nəticəsində 8 nəfər həyatını itirib.
İRNA-nın verdiyi məlumata görə, Payız mövsümü başlayandan 105 nəfər bu vilayətin müxtəlif bölgələrində dəm qazından zəhərlənib və 2 nəfər isə həyatını itirib.
Ərdəbil vilayətinin Parsabad şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənərək öldüyü bildirilib.
Həmçinin Şərqi Azərbaycan Qaz Şirkətinin rəhbəri Nadir Kamalinin noyabrın 28-də İRNA-ya verdiyi məlumata görə, mart ayından vilayətdə qaz sızması nəticəsində 100 partlayış və 8 zəhərlənmə olmaqla təbii qaz ilə əlaqədar 108 hadisə baş verib ki, nəticədə 10 nəfər dəm qazından zəhərlənmə, 12 nəfər isə qaz sızması nəticəsində baş verən partlayış nəticəsində cəmi 22 nəfər ölüb.
Yarı-rəsmi İSNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Zəncan vilayətində bu gün 1 nəfər, keçən həftə isə bir cütlük qeyri-standart istilik cihazlarından istifadə etdiyi üçün zəhərlənərək ölüb.
İran mediasında yayımlanan məlumat göstərir ki, Qərbi Azərbaycan vilayətində payız mövsümünün başlanğıcından 47 nəfər dəm qazından zəhərlənib, lakin bu vilayətdə indiyədək heç bir itki qeydə alınmayıb.
İki il əvvəl İranda dəm qazından zəhərlənmə nəticəsində 839 nəfər həyatını itirib. Bu rəqəm keçən il artaraq, 913 nəfərə çatıb. Keçən son 5 ay ərzində ölkədə ümumiyyətlə dəm qazından zəhərlənmə nəticəsində ölənlərin sayı 256 nəfərə çatıb.
Forum