Hüquq müdafiəçiləri Həmədan şəhərində bir ay əvvəl İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınan bəhai icmasına mənsub 6 qadının zəmanət qarşılığında sərbəst buraxıldığını bildirib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin yaydığı məlumata əsasən, “Zərrindoxt Əhədzadə, Jalə Rzayi, Fəridə Əyyubi, Nura Əyyubi, Atifə Zahidi və Nida Muhibbi cümə axşamı günü azadlığa buraxılıblar.”
Onlara qarşı hansı ittihamların irəli sürüldüyünə dair məlumat yayılmayıb.
Agentliyin xəbərinə görə, sözügedən qadınlar noyabrın 7-də bəhai icmasına mənsub bir neçə digər vətəndaşla birlikdə nəzarət altına alınaraq İranın kəşfiyyat təcridxanalarına köçürülmüşdülər.
Noyabrın 7-də Həmədan şəhərində həmçinin bəhai icmasına mənsub çox sayda vətəndaşın evində axtarış aparıldığına dair xəbərlər yayılmışdı.
1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhai icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İslam Respublikasının təhlükəsizlik qurumları xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhai türklərini fərdi və kollektiv şəkildə təqib edirlər.
Forum