Accessibility links

Andaman dənizində 400 rohincalının olduğu 2 qayıq təhlükədədir


BMT-nin Qaçqınlar Agentliyi və yardım işçiləri hesab edir ki, Andaman dənizində kifayət qədər təchizatı olmayan iki qayıqda olduğu güman edilən 400-ə yaxın Rohinca müsəlmanını xilas etmək üçün daha çox səy göstərilməsə, onlar ölə bilər.

Banqladeşdəki bərbad, izdihamlı qaçqın düşərgələrindən mövsümi olaraq qayıqla qaçan Rohinca müsəlmanlarının sayı keçən ildən bəri azalan qida rasionu və quldurluğun artması səbəbindən artmaqdadır.

Agentliyin Banqkokdakı regional nümayəndəsi Babar Bəluç Associated Press (AP) agentliyinə bildirib ki, "təxminən 400 uşaq, qadın və kişi xilas etmək üçün addımlar atılmazsa, carəsiz insanlar ölümlə üzləşəcək".

Onun sözlərinə görə, qayıqların Banqladeşdən çıxıb və təxminən iki həftədir dənizdə olduğu bildirilir.

AP-nin əlaqə saxladığı qayıqlardan birinin kapitanı qayıqda 180-190 nəfərin olduğunu bildirib. Yeməkləri və suları tükənib və mühərrik xarab olub. Adını Maan Nokim kimi təqdim edən kapitan bildirib ki, onlara kömək göstərilməsə, gəmidəki hər kəsin öləcək.

Bazar günü Nokim qayığın Taylandın qərb sahilindən 320 kilometr (200 mil) kənarda olduğunu deyib. Tailand Hərbi Dəniz Qüvvələrinin sözçüsü qayıqlar haqqında məlumatının olmadığını deyib.

O bildirib ki, ərazi İndoneziyanın şimalındakı Açeh əyalətindən təxminən eyni məsafədədir, orada 139 nəfəri daşıyan başqa bir qayıq şənbə günü Sumatra adasının kənarındakı Saban adasına yaxınlaşıb. Onun sözlərinə görə, gəmidə 58 uşaq, 45 qadın və 36 kişi var.

Son bir ayda yüzlərlə insan Açehə gəlib. Təxminən 74 ,000 Rohinca müsəlmanı 2017-ci ilin avqust ayından bəri buddistlərin çoxluq təşkil etdiyi Myanmadan Banqladeşdəki düşərgələrə qaçıb.

Myanma təhlükəsizlik qüvvələri kütləvi zorlama, qətl və minlərlə rohincalının evinin yandırılmasında ittiham olunur və beynəlxalq məhkəmələr onların əməllərinin soyqırım olub-olmadığını nəzərdən keçirir.

BMT məlumatına görə, 2000-dən çox rohinçalının 2022-ci ildə digər Cənub-Şərqi Asiya ölkələrinə riskli səyahətə cəhd etdiyi güman edilir.

Düşərgələri dəniz yolu ilə tərk edən qaçqınların əksəriyyəti orada iş tapmaq ümidi ilə müsəlmanların çoxluq təşkil etdiyi Malayziyaya çatmağa çalışır. Tayland onları geri qaytarır və ya həbs edir. Müsəlmanların çoxluq təşkil etdiyi başqa bir ölkə İndoneziya da onları həbsdə saxlayır.

Qaçqınlar agentliyinin hesablamalarına görə, keçən il 200-ə yaxın Rohincalı təhlükəli dəniz keçidlərinə cəhd edərkən ölüb və ya itkin düşüb.

Forum

XS
SM
MD
LG