Accessibility links

Rusiya və İran sanksiyalara qarşı birgə mübarizə haqqında saziş imzalayıb


Kreml, Rusiya Xarici İşlər Nazirliyi və Moskva şəhərinin görünüşü.
Kreml, Rusiya Xarici İşlər Nazirliyi və Moskva şəhərinin görünüşü.

Dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə birtərəfli sanksiyalara qarşı mübarizə haqqında saziş imzalayıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Məlimatda deyilir ki, sənədin rəsmi adı Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannaməsidir.

“Biz birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yumşaltmaq və kompensasiya etmək yolları və vasitələri haqqında Bəyannamə imzaladıq. Bu, ABŞ və müttəfiqlərinin diplomatiyanı əvəzlədiyi qeyri-qanuni sanksiyaların aradan qaldırılması üçün dünya birliyi üzvlərinin səylərinin əlaqələndirilməsinin artırılması istiqamətində mühüm addımdır”, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazirlər həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmir yolu layihəsi üzrə işlərə başlanılması və ticarət-iqtisadi əlarələri müzakirə edib.

İki ölkə xarici işlər nazirləri arasında danışıqlar Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüş çərçivəsində baş tutub.

Forum

XS
SM
MD
LG