Accessibility links

Azərbaycan Milli Məclisi 2024-ci ilin dövlət büdcəsini təsdiq edib


Milli Məclis
Milli Məclis

Dekabrın 5-də Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsinə əsasən, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat məbləğində təsdiq edilib.

Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Onun sözlərinə görə, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi xərc istiqamətləri üzrə əsas prioritetlər kimi müəyyən edilib.

Gələn ilin büdcəsində neftin bir bareli 60 dollar götürülüb. Elə bu il də bu rəqəm 60 dollar idi.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın fəallaşdırılması məsələləri əsas prioritetlər kimi müəyyən edilib. Bununla yanaşı, dövlətin əsas funksiyalarının həyata keçirilməsi, sosial müdafiə, elm, təhsil, səhiyyə sahələrində aparılan islahatların davam etdirilməsi ilə bağlı büdcə layihəsində vəsait nəzərdə tutulub", o deyib.

Öz növbəsində, iqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, gələn ilin büdcəsi ötən ilin büdcəsindən çox da fərqlənmir.

“Əsas fərq ondan ibarətdir ki, Qarbağ və işğaldan azad olunmuş torpaqların bərpasına rekord həddə vəsait ayrılacaq. Büdcənin təxminən 40 faizdən bir az yuxarı sosial yönümlüdür. Yəni bura maaşlar, təqaüdlər və s. aiddir. Təqribən burada 5 faizlik artım var xərc hissəsində. Bu sosial məsələlərin maaş və təqaüd artımlarının gözləntilərinin indiki şəraitində bu artım onu göstərir ki, 5-10 faiz koridorunda sosial xərclərdə də artım ola bilər. Yəni maaşların və təqaüdlərin bu həddə yəni 5-10 faiz civarında artımı gözlənilir,” iqtisadçı deyib.

Forum

XS
SM
MD
LG