Accessibility links

Qəzzanın cənubu intensiv hücuma məruz qalır


Fələstinlilər Qəzzada Xan Yunis qəsəbəsində İsrail hava hücumlarından sonra xəsarət almış binaları yoxlayırlar (3 dekabr, 2023).
Fələstinlilər Qəzzada Xan Yunis qəsəbəsində İsrail hava hücumlarından sonra xəsarət almış binaları yoxlayırlar (3 dekabr, 2023).

Qəzzanın cənubundakı Xan Yunis qəsəbəsi İsrail hərbçilərinin güclü hücumuna məruz qalıb və oktyabrın 7-də HƏMAS-ın terror hücumundan sonra İsrailin ölümcül hava zərbələrinə tuş gəlməmək üçün cənuba getmələri deyilən yüz minlərlə fələstinli üçün rahatlıq görünmür.

İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 2-də bildirib ki, hərbi kampaniya bütün girovlar qaytarılana və HƏMAS məhv edilənə qədər davam edəcək. "Bizi çətin müharibə gözləyir", o əlavə edib.

İsrail rəsmilərinin HƏMAS militantlarının gizləndiyi ehtimal etdiyi Xan Yunisə hücum intensiv xarakter daşıyır.

Dekabrın 3-də döyüşlərin yeni günü başladığı bir vaxt İsrail ABŞ prezidenti Co Bayden administrasiyasının fələstinli mülki şəxslərin ölümünün qarşısını almaq üçün daha çox iş görməklə bağlı artan çağırışları ilə üzləşir.

“Çox sayda günahsız fələstinli öldürülüb” - ABŞ-ın vitse-prezidenti Kamala Harris dekabrın 2-də Dubayda keçirilən COP 28 iqlim konfransında deyib: “Açığı, mülki əhalinin iztirablarının miqyası, Qəzzadan gələn şəkillər və videolar olduqca kədərlidir”.

ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyində dəyişikliklərin müzakirə mövzusu olmadığını bildirən ABŞ-ın müdafiə naziri Lloyd Ostin əlavə edib ki, o, şəxsən İsrailə xəbərdarlıq edib ki, mülki insanları qorumaq üçün addımlar atılmasa, insanların radikallaşması riski var.

“Bu cür döyüşlərdə ağırlıq mərkəzi mülki əhalidir. Əgər siz onları düşmənin qucağına atsanız, siz taktiki qələbəni strateji məğlubiyyətlə əvəz etmiş olursunuz”, Ostin Kaliforniyanın Simi Vadisində keçirilən Reyqan Milli Müdafiə Forumunda deyib.

O, həmçinin İsrailə Qəzzanın humanitar yardıma çıxışını kəskin şəkildə genişləndirməsi üçün təzyiq edib və ABŞ-ın İsrail-Fələstin münaqişəsini həll etmək üçün iki dövlətli həllə çağırışını təkrarlayıb.

Dekabrın 1-də səhər saatlarında İsrail-HƏMAS arasında atəşkəsin pozulmasından bəri ən azı 200 fələstinli həlak olub. HƏMAS-ın hücumundan sonra Qəzzada ölənlərin sayı 15,200-dən çox, yaralıların sayı isə 40,000-dən çoxdur. Bu məlumatı verən Qəzzada HƏMAS-a tabe olan səhiyyə rəsmiləri əlavə edir ki, qurbanların 70 faizi qadın və uşaqlardır.

Təxminən 2 milyon fələstinli, demək olar ki, Qəzzanın bütün əhalisi indi ərazinin cənub yarısına yerləşib. Onların sığınacaq axtara biləcəkləri yerləri tükənir.

İsrail ordusu dekabrın 2-də bildirib ki, ötən gün Qəzzada HƏMAS-ın 400-dən çox hədəfini hava hücumları və tanklardan və donanma gəmilərindən atəşə tutub. Qəzzanın cənub yarısında Xan Yunus və ətraf ərazilərə 50-dən çox zərbə endirilib.

İsrail HƏMAS döyüşçülərinin oktyabrın 7-də İsrailin cənubuna keçməsindən sonra HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyaya başlayıb. İsrail HƏMAS-ın terror hücumu nəticəsində 1200 nəfərin öldüyünü və 240-a yaxın əsir götürüldüyünü bildirib. HƏMAS ABŞ, Böyük Britaniya, Aİ və digərləri tərəfindən terror təşkilatı elan edilib.

Forum

XS
SM
MD
LG