Accessibility links

Peyman İbrahimiyə qarşı irəli sürülən ittihamlar məlum olub


Güneyli fəal Peyman İbrahimi
Güneyli fəal Peyman İbrahimi

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, milli fəal Peyman İbrahiminin işi Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsinə göndərilib.

Bu barədə AZOH Twitter hesabı məlumat paylaşıb.

Həmin xəbərə görə, milli fəala qarşı “rejimə qarşı təbliğat fəaliyyəti göstərmək”, “kiberməkanda xalqı iğtişaşa dəvət etmək” və “ali lideri təhqir etmək” ittihamları irəli sürülüb.

Təbriz sakini olan Azərbaycan ənənəvi rəqs müəllimi Peyman İbrahimi avqust ayının 26-da çox sayda təhlükəsizlik qüvvələrinin milli fəalın atası evinə basqını nəticəsində döyülərək həbs edilmişdi.

Təqribən 2 ay müddətinə Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra oktyabrın 25-də Təbriz Mərkəzi Həbsxanasından zəmanət qarşılığında 300 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

Milli fəalın təqribən 2 ay müddətində Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirildiyi zaman vəkillə təmin edilməyib və ailəsi ilə əlaqə saxlamasına yol verilməyib.

Peyman İbrahimi tanınmış incəsənət xadimi Aşıq Qafar İbrahiminin oğludur.

Forum

XS
SM
MD
LG