Accessibility links

Azərbaycan ATƏT-lə əməkdaşlıq gündəliyinin əsas istiqamətlərini müzakirə edib


Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb. (foto : Azərbaycan XİN
Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb. (foto : Azərbaycan XİN

Noyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.

“Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb”, məlumatda deyilir.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı dünyada təhlükəsizliklə məşğul olan ən geniş regional təşkilatdır. Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, ABŞ və Kanada bu təşkilatın üzvüdür.

Forum

XS
SM
MD
LG