Birləşmiş Ştatlar HƏMAS və İsrail arasında atəşkəs zamanı fələstinlilərə kömək edəcəyini vəd edərək, Qəzza zolağına həyati vacib humanitar yardım daşıyan üç döyüş təyyarəsindən birincisini Misirə göndərib.
Ərzaq, dərman və qış ləvazimatları daşıyan təyyarələr HƏMAS-ın İsrailə hücumu zamanı oktyabrın 7-də münaqişə başlayandan bəri ABŞ ordusunun ilk hava reysləridir.
Təyyarə ABŞ prezidenti Co Baydenin Qəzza zolağına daha çox yardım çatdırmaq üçün atəşkəsin uzadılmasından istifadə edəcəyini deməsindən bir gün sonra göndərilib.
Bu arada, beynəlxalq ictimaiyyət humanitar fasilənin uzadılması üçün işlərini davam etdirir.
“Qəzzanın humanitar ehtiyacları beynəlxalq ictimaiyyətdən daha çox səy tələb edir. Birləşmiş Ştatlar bu səylərə sadiqdir” deyə Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan bildirib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ilk C-17 təyyarəsi çərşənbə axşamı Misirə eniş edərək 24,5 ton tibbi ləvazimat və hazır qidalar çatdırıb.
Forum