Accessibility links

“Tərtər işi”ndə ittiham olunanlara hökm oxunub


"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.
"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.
"Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Noyabrın 29-da Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay, Ramil Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Noyabrın 28-də müttəhimlər son sözlə çıxış etmişdilər. Təqsirləndirilən şəxslərdən heç biri özünü təqsirli bilməyib. Son sözlərində məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş etmişdilər.
Təqsirləndirilən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Forum

XS
SM
MD
LG