Accessibility links

İqtisadçı "Abzas Media" ilə bağlı dindirilib


İqtisadçı Toğrul Vəliyev "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib
please wait

No media source currently available

0:00 0:00:30 0:00

Noyabrın 28-də iqtisadçı ekspert Toğrul Vəliyev "Abzas Media"ya qarşı açılmış cinayət işi ilə bağlı dindirilib.

Bakı şəhər baş polis idarəsinə dəvət edilən Toğrul Vəliyev Amerikanın Səsinə açıqlamasında bildirib ki, hansı əsasla dindirildiyi haqqında məlumatı yoxdur:

"Məni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. Mən səbəbini soruşmadım. Ancaq izahat vaxtı məlum oldu ki, "Abzas Media" ilə bağlı dəvət edilmişəm. Təəssüf ki, hansı əsasla dindirildiyimi mən özüm də bilmirəm".

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG