Məhəmməd Kelalovun noyabrın 20-də evlərindən mülki geyimli polis əməkdaşları tərəfindən zorakılıqla aparıldığı bildirilir. Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, Məhəmməd Kekalov Cinayət Məcəlləsinin 206.3.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.
Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.
Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Vəkillər Elçin Sadıqov deyib ki, Sevinc Vaqifqızı xarici ölkədən noyabrın 21-də Azərbaycana gəlib.
"Mən məhkəmədə Vaqifqızının könüllü olaraq Azərbaycana gəlməsi barədə videonu nümayiş etdirdim. Qeyd etdim ki, ittihamın sübutu yoxdur. Aşkar edilmiş məbləğin mənbəyi, haradan gətirilməsi, yerli banklardan alınması barədə hər hansı sübut yoxdur. Yəni absurd bir fərziyyə ilə ittiham verdilər və məhkəmə də həbs-qətimkan tədbiri seçdi" - deyə, Sadıqov qeyd edib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Ülvi Həsənli məhkəmədə pulun ona aid olmadğını deyib və müdafiə tərəfi bunu sübut edən arqumentlərini irəli sürüb, lakin məhkəmə bunları nəzərə almayıb.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən edərək götürüb. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
Forum