Accessibility links

ABŞ Müdafiə Naziri Kyivə səfəri zamanı Ukraynaya dəstək nümayiş etdirib


ABŞ Müdafiə Naziri Kyivə səfəri zamanı Ukraynaya dəstək nümayiş etdirib
please wait

No media source currently available

0:00 0:02:40 0:00

ABŞ Müdafiə Naziri Kyivə səfəri zamanı Ukraynaya dəstək nümayiş etdirib

ABŞ müdafiə naziri Lloyd Austin Ukrayna liderlərini Birləşmiş Ştatların ölkəyə Rusiyanın təcavüzünə qarşı mübarizəsində dəstəyini davam etdirəcəyinə əmin edib. Bu, Austinin 2022-ci ilin aprelindən bəri Ukrayna paytaxtına ilk səfəri idi və müharibə başlayandan bəri ilk dəfə olaraq onu media nümayəndələri müşayiət edirdi. ABŞ müdafiə nazirini səfər zamanı müşayiət edən Amerikanın Səsinin Pentaqon müxbiri Karla Babb Kyivdən daha ətraflı məlumat verir.

ABŞ müdafiə naziri Lloyd Austin Kyivdə Ukrayna prezidenti Volodimir Zelenski və onun kabinetinin üzvləri ilə görüşərək, qarşıdan gələn qış aylarında döyüş əməliyyatlarını və Ukraynaya gələcək təhlükəsizlik yardımı planını müzakirə edib.

Austinin gözlənilməz səfəri Birləşmiş Ştatların əsas diqqətinin Yaxın Şərqdə münaqişəyə yönəldiyi üçün ABŞ-ın Ukraynaya dəstəyinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib.

Zelenski Austinə Ukraynaya səfərinin bu çətin zamanda ukraynalılar üçün mühüm siqnal olduğunu deyib.

Ukrayna prezidenti Volodimir Zelenski: “Biz Amerika xalqına çox minnətdarıq. Onlar bütün bu çətinliklərdə bizimlədir”.

Austin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi ilə başlayan təxminən iki illik müharibə dövründə Zelenskinin liderliyini yüksək qiymətləndirib.

ABŞ müdafiə naziri Lloyd Austin: “Siz lap əvvəldən Ukrayna xalqını insanların çoxunun ağlına gəlməyən işlər görməyə sövq etmisiniz. Beləliklə, biz Ukrayna xalqının bütün dünyanı heyran qoyan cəsarəti, fərasəti, şücaətinin şahidi olduq. Cənab prezident, bu gün sizə çatdırdığım mesaj ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları sizinlədir. Biz uzun müddət sizinlə olacağıq”.

Görüşdən sonra Austin Ukraynaya daha çox sursat və əlavə HIMARS artilleriya raket sisteminin daxil olduğu yeni yardım paketinin ayrıldığını elan edib. O, Baxmut yaxınlığında ön cəbhədə döyüşmüş Ukrayna hərbçiləri ilə də görüşüb.

Amerikanın Səsi ABŞ müdafiə nazirinə Rusiyanın bu qış mövsümündən istifadə edərək, nəzarət etdikləri ərazilərdə müdafiəni gücləndirməyə çalışacağı ilə bağlı narahatlıqlar barədə sual verib.

ABŞ müdafiə naziri Lloyd Austin: “Prezident Zelenskinin bir neçə dəfə ruslara təzyiq göstərməyə davam etmək niyyətində olduğunu dediyini eşitmisiniz. Buna görə də biz bunun baş verəcəyini gözləyirik”.

ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmiləri hava hücumundan müdafiənin ciddi əhəmiyyəti olacağını bildirərək, ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə sistemləri və döyüş sursatları tədarükünü artırdığını əlavə ediblər.

Bu günlərdə hava temperaturu həqiqətən də aşağı düşməyə başlayıb və Qərb və Ukrayna rəsmiləri narahatdırlar ki, Rusiya mühüm infrastrukturu hədəf almağa və ilin ən soyuq günlərində təchizatı kəsməyə cəhd edərək, bu qış mövsümü də keçən qışda olduğu kimi eyni taktikadan istifadə etməyə çalışa bilər.

Həftə sonu dron hücumları yüzlərlə şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Dronlardan bəzisi Kyivi də hədəf alıb, lakin Ukrayna rəsmiləri paytaxtı hədəf alan bütün dronların vurulduğunu bildirib.

Forum

XS
SM
MD
LG