Accessibility links

İsrailin hücumu zamanı Livanda 2 televiziya jurnalisti və 4 fələstinli militant öldürülüb


Çərşənbə axşamı günü İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində Beyrutda yerləşən Əl-Mayadin telekanalı üçün İsraillə sərhəddə hərbi fəaliyyətlə bağlı reportaj hazırlayan iki jurnalist həlak olub.

Fələstin və Livan təhlükəsizlik rəsmisi bildiriblər ki, Livanda başqa bir yerə endirilən zərbə Qəzza zolağına nəzarət edən və İsraillə müharibə aparan HƏMAS qruplaşmasının 4 üzvü həlak olub.

Livanın Hizbullah silahlı qruplaşması ilə siyasi müttəfiq olan Pan-Ərəb telekanalı Əl-Mayadin Tair Harfa şəhərində öldürülən jurnalistlərin müxbir Fərəh Ömər və operator Rabih Maamari olduğunu bildirib. Onların “xain İsrailin hədəfi ilə şəhid olduqları” deyilib.

Əl-Mayadin və Livanın dövlət mediasının verdiyi məlumata görə, hava hücumu nəticəsində livanlı mülki Hüseyn Akil də həlak olub.

İsrail ordusu xəbərləri araşdırdığını bildirib. Çərşənbə axşamı verdiyi açıqlamada ordu təyyarələrin Hizbullah infrastrukturuna əlavə olaraq "Livanla sərhəd bölgədə üç silahlı terrorçu hüceyrəni vurduğunu" bildirib.

Fələstin rəsmisi dörd nəfərin HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının üzvləri olduğunu bildirib. Livan təhlükəsizlik rəsmisi də onların HƏMAS üzvü olduqlarını təsdiqləyib, lakin qrupun hərbi qanadından olub-olmadıqlarını açıqlamayıb.

HƏMAS-ın Livandakı rəsmisi sayı və şəxsiyyəti təsdiq etmədən “Fələstin müqavimətindən bir neçə şəhidin” olduğunu bildirib. Hər üç məmur hərbi məlumatları açıqlamaq səlahiyyətinə malik olmadığı üçün anonimlik şərti ilə danışıb.

Livanın dövlət Milli Xəbər Agentliyi avtomobildə 4 nəfərin öldüyünü bildirib, lakin əlavə təfərrüat verməyib.

İsrail hərbçiləri zərbə ilə bağlı şərh verməyib.

Livan-İsrail sərhədində Hizbullah və İsrail əsgərləri arasında hər gün atışmalar olur. Toqquşmalar HƏMAS-ın 7 oktyabr İsrailin cənubuna hücumundan bir gün sonra başlayıb və İranın dəstəklədiyi Hizbullahın HƏMAS-İsrail müharibəsinə qoşulacağı ilə bağlı narahatlıqları artırıb.

Bir neçə saat sonra Hizbullah verdiyi açıqlamada sərhədin Livan tərəfində jurnalistlərin və mülki şəxslərin öldürülməsinə cavab olaraq İsrailin şimalında bir evin içərisində olan İsrail kəşfiyyat bölməsini iki raketlə vurduğunu deyibi. Kibbutz Manara yaxınlığında yerləşən evin içərisində olan insanların öldüyü və ya yaralandığı bildirilib.

HƏMAS-ın çoxu ölkənin 12 qaçqın düşərgəsində yaşayan on minlərlə fələstinlinin yaşadığı Livanda əhəmiyyətli mövcudluğu var. Oktyabrın 14-də HƏMAS bildirib ki, üç döyüşçüsü sərhəddə öldürülüb və onların cəsədləri İsrail tərəfindən saxlanılıb. Həmin gün İsrailin Livanın cənubunu atəşə tutması nəticəsində Reuters-in videojurnalisti İssam Abduallah həlak olub, Fransanın beynəlxalq xəbər agentliyi, Agence France-Presse və Qətərin Əl-Cəzirə televiziyasının digər jurnalistləri yaralanıb.

Çərşənbə axşamı Əl-Mayadin jurnalistlərinin ölümü Livanda geniş etirazlara səbəb olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG