Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli ilə bağlı noyabrın 21-də günortadan sonra istintaq hərəkətləri davam etdiriləcək. Yəqin ki, daha sonra məhkəməyə aparılaraq şübhəli şəxs qismində barəsində həbs qəti imkan tədbiri seçiləcək”.
Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, noyabrın 20-də Ülvi Həsənlinin ofisində və evində axtarış aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs kimi tutulma elan edilib.
Vəkil Ülvi Həsənlinin sağlamlıq durumundan danışarkən deyib ki, o infarkta meyllidir.
“Həsənli davamlı həkim nəzarətində olmalıdır. O mənə dedi ki, tutulmamışdan əvvəl müayinədən keçib. Belə baxanda səhhəti hələ pis deyil. Görək qapalı şəraitdə saxlansa necə olur. Çünki bütün xəstəliklər qapalı şəraitdə saxlanılanda özünü büruzə verir”.
Vəkil Həsənliyə isinadən bildirib ki, o hər an həbsini gözləyib.
“Dedi ki, fəaliyyəti ilə bağlı hər an həbs ediləcəyini gözəyib. Söləyir ki, jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs ediblər. Dedi ki, axtarışda götürülən pul ona məxsus deyil”.
Vəkil işgəncə ilə bağlı sualın cavabında deyib ki, özü bildirdi, onu vurublar.
“Üzündə xəsarət izi var. Ailəsi də bunu gördü. Prokurorluğa şikayət etmişəm ki, vaxtında araşdırma aparsınlar, ekspertizaya göndərsinlər. Nəticələri iş materiallarına əlavə etsinlər”, o qeyd edib.
Öz növbəsində hüquq mühafizə orqanlarından Ülvi Həsənlinin saxlanılmasının səbəblərini öyrənmək hələ mümkün olmayıb.
Forum