Accessibility links

Azərbaycanlı fəallar Səttar xanın məzarını restavrasiya ediblər


İranın Rey şəhərində Səttar xanın məzar daşı restavrasiya edilib
İranın Rey şəhərində Səttar xanın məzar daşı restavrasiya edilib

Sosial meidada paylaşılan foto şəkillərə əsasən, mədəniyyət sahəsində fəaliyyət göstərən bir sıra azərbaycanlı və qaşqaylı türk vətəndaşlar Səttar xanın Rey şəhərindəki Şah Əbdüləzim türbəsində olan məzar daşını restavrasiya ediblər.

Səttar Xanın nəticəsi Sam Sərdar-i Milli İnstaqram səhifəsində yayımladığı fotolarda bir sıra mədəniyyət və vətəndaş fəalları ilə birlikdə məzar daşındakı yazıları boya ilə bərpa edib.

Azərbaycanlı fəalların bu aksiyası onun 1914-cü il noyabrın 15-də vəfatının ildönümü münasibətilə həyata keçirilib.

Azərbaycanlı fəallar İranın Azərbaycan tarixinin tanınmış simalarından olan Səttar xanın məzarının hakimiyyət tərəfindən baxımsız buraxıldığını irəli sürərək, bu vəziyyəti tənqid edirlər.

Sam Sərdar-i Milli Səttar xan məzarının Təbrizə köçürülməsi və onun üçün xatirə məqbərəsi tikilməsi üçün bir neçə dəfə rəsmi orqanlara müraciət etsə də, indiyədək İran hökumətinin heç bir rəsmisi bu tələblə razılaşmayıb.

Forum

XS
SM
MD
LG