Accessibility links

Alman millət vəkili iranlı repçinin azadlığa buraxılmasını alqışlayıb


İranlı repçi Tumac Salehinin siyasi sponsoru olan alman millət vəkili dissident sənətçinin girov müqabilində azadlığa buraxılmasını alqışlayıb, lakin ona qarşı bütün ittihamlar davam etdiyi üçün onun hələ də risk altında olduğunu bildirib.

Millət vəkili Ye-One Rhie Amerikanın Səsinə deyib: "Tumacın artıq həbsxanada olmaması müsbət hal olsa da, həddən artıq sevinməkdə ehtiyatlı olmaq mənim üçün vacibdir, çünki İran rejiminin hərəkətləri gözlənilməzdir. Onlar onu yenidən həbs edə bilər.

Salehi 2022-ci ildə hökumət əleyhinə etirazlarla əlaqədar həbs edilib. O, “yer üzündə korrupsiya” ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

Salehinin vəkili İranın islahatçı “Şərq” qəzetinə bildirib ki, apellyasiya şikayəti əsasında Ali Məhkəmə ilkin hökmdə “nöqsanlar” aşkar edib və onun girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Minlərlə digər gənc iranlılar kimi Salehi də ötən ilin sentyabrında İranın əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan hökumət əleyhinə etiraz hərəkatına qatılıb. Əmini İranın sərt İslam geyim kodunu pozduğuna görə həbs edilib.

Ye-One Rhie Tumaca sarsılmaz dəstəyini vurğulayıb: "Bu adamın bu müddət ərzində, xüsusən də son bir ildə üzləşdiyi çətinlikləri nəzərə alın. Mən ona böyük hörmətlə yanaşıram. Mən bilirəm ki, bir çox başqaları da öz dəstəyini verməkdə israrlı olacaq".

Forum

XS
SM
MD
LG