Accessibility links

Bəhai qrupu İranda repressiyaların artdığını deyir


Cavid Rəhman
Cavid Rəhman

Dünya bəhailərini təmsil edən Beynəlxalq Bəhai İcması noyabrda Amerikanın Səsinə bildirib ki, İran son aylar 200-dən çox təqib aktı həyata keçirməklə öz bəhai azlığına qarşı repressiyaları artırıb, o cümlədən ötən həftə 19 nəfər həbs edilib.

Birləşmiş Millətlər Təşkilatındakı BIC nümayəndəsi Simin Fahandej Amerikanın Səsinin Flashpoint Iran podkastının bu həftəki buraxılışında təşkilatının İrandakı vəziyyətlə bağlı son qiymətləndirməsini təqdim edib. Onun qiymətləndirməsi BMT-nin xüsusi məruzəçisi tərəfindən İran bəhailərinə qarşı təzyiqlərin artmasına dair oktyabr hesabatına uyğundur.

BIC-nin 10 noyabr tarixli hesabatına görə, İran təhlükəsizlik qüvvələrinin bu ay Kərəc və Həmədan şəhərlərində bəhailərin evlərinə reydləri zamanı 19 bəhainin həbsi BIC-in iddia etdiyi hadisələrə daxildir.

İranın dövlət xəbər agentliyi Fars noyabrın 8-də dərc etdiyi məqalədə hökumətyönlü Bəsic milislərinin komandirinə istinadla bildirib ki, rəsmilər Tehranın qərbində və Əlborz vilayətində Tehranın “azğın bəhai təriqəti” adlandırdığı 10 üzvünü həbs edib.

Həbslərin nə vaxt baş verdiyi barədə məlumat verilməyib. Fars məlumatı bəhailəri hökumət əleyhinə təbliğat şəbəkəsinin bir hissəsi olmaqda günahlandırıb, bu, İranın islamçı rəhbərləri tərəfindən bəhailərin dinc şəkildə öz dinlərinə itaət etmələrinə qarşı irəli sürülən ümumi ittihamdır.

Bəhailərin İranın islamçı konstitusiyasına görə heç bir dini hüquqları yoxdur və bu, yalnız Zərdüştilər, Yəhudilər və Xristianlar da daxil olmaqla üç azlıq inancının üzvlərinə belə hüquqlar verir.

Keçən ay BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman Nyu-Yorkda keçirilən BMT iclasında İran bəhailərinə qarşı “hücumların, hədəflərin və təqiblərin nəzərəçarpacaq dərəcədə artdığını” deyib.

Rəhman bildirib ki, “2022-ci ilin iyul ayından bu yana əsassız həbslər, sorğu-suallar, işgəncələr, pis rəftar, əmlakların dağıdılması, qəbiristanlıqların təhqirı, təhsil hüquqlarının rədd edilməsi və iqtisadi təzyiqlərin digər formaları kimi 333-dən çox hadisə baş verib.

Keçən həftəhəyata keçirilən həbslər Qərb hökumətlərinin narahatlıqlara səbəb olub.

ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə xüsusi səfiri Rəşad Hüseyn Tvitter səhifəsində yazıb: "İranda bəhailərə qarşı təqiblərə son qoyulmalıdır. Dini təqiblər qəbuledilməzdir və hakimiyyətin bəhai qadınlarını hədəf alma tendensiyası dərindən narahatedicidir".

Forum

XS
SM
MD
LG