Accessibility links

İran Azərbaycanı və Türkmənsəhrada üç məhbus edam edilib


Təbriz həbsxanası
Təbriz həbsxanası

Hüquq-müdafiə təşkilatları keçən həftə ərzində İranın Şərqi Azərbaycan, Həmədan, Xuzistan, Bəluçistan, Kirman və Gülüstan kimi vilayətlərində çox sayda edam məhkumunun dar ağacından asıldığını bildirib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (IHR) xəbərinə görə, bazar ertəsi günü Seyyid Rza Hüseyni adlı məhkum Həmədanın mərkəzi həbsxanasında edam edilib.

Hüquq-müdafiə təşkilatının bildirdiyinə görə, daha əvvəl narkotik maddə qaçaqmalçılığı ittihami ilə edama məhkum olunmuş Hüseyni 5 il idi həbsdə saxlanılırdı.

IHR çərşənbə günü isə Mehdi Bəxşəndə adlı bir türkmən gəncin Türkmənsəhranın Günbəd Kavus şəhərində (Gülüstan vilayəti) edam edildiyinə dair məlumat yayıb.

Sosial şəbəkələrdə paylaşılan məlumata əsasən, Bəxşəndə İran sərhəd mühafizə qüvvələrinin komandirlərindən birini qətlə yetirmək ittihamı ilə mühakimə və ölüm cəzasına məhkum olunmuşdu. Türkmən gəncin mühakimə prosesində vəkillə təmin olunmadığı bildirilib.

Çərşənbə günü Təbriz həbsxanasında da bir məhkumun ölüm cəzası icra edilib. IHR Təbrizdə asılan məhkumun 40 yaşlı Əli Şirzadə olduğunu açıqlayıb. Əslən Şərqi Azərbaycan vilayətinin Culfa şəhərindən olan Şirzadə qətl ittihamı ilə mühakimə olunmuşdu.

Forum

XS
SM
MD
LG