Accessibility links

Dindar musiqiçi polisdə bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb


Kamran Fərat (Kərimov) (mənbə: Kamran Fəratın facebook səhifəsindən götürülüb)
Kamran Fərat (Kərimov) (mənbə: Kamran Fəratın facebook səhifəsindən götürülüb)

Azərbaycanda dini mahnıların ifaçısı kimi tanınan, “Müsəlman Birliyi” Hərəkatının fəalı Kamran Fərat noyabrın 16-da polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra axşam saatlarında sərbəst buraxılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil qeyd edib ki, saxlanma müddətində onu müdafiə etdiyi şəxsin yanına buraxmayıblar.

Fəratın özündən və ailə üzvlərindən şərh almaq hələ mümkün olmayıb.

Fərat saxlanıldıqdan sonra onun 8 dəqiqəlik videomüraciəti yayılıb.

Videoda Fərat deyir ki, saxlanılacağını və həbs oluna biləcəyini düşünərək bu müraciəti əvvəlcədən hazırlayıb. O qeyd edir ki, ailə üzvlərindən xahiş edib ki, saxlanıldıqdan sonra bu videonu yaysınlar.

Videoda musiqiçi deyir ki, heç bir cinayət törətməyib və əgər onu həbs edərlərsə, bunun səbəbi onun dini mahnılar ifa etməsidir, o cümlədən “Müsəlman Birliyi” Hərəkatı üçün musiqi bəstələməsidir.

“Fərət aprel ayında bəzi KİV-də onun "İran casusu" olması barədə yayılan fikirlərin yalan olduğunu deyib. Bunların hamısı yalandır. Mənim mahnılarım həqiqət-ədalət haqqındadır. İrana xidmət etdiyim doğru deyil. Mən Azərbaycan vətənpərvəriyəm. Mən şəhid Mübarizə (Azərbaycanın Milli Qəhrəmanı), 2020-ci il 44 günlük müharibədə, aprel döyüşlərində (2016-cı il) həlak olanlara mahnılar həsr etmişəm. Mən dövlətimin əleyhinə mahnı oxumamışam. Mahnılarımın mövzuları Əhli-beytə (islam ənənəsində şiələrin etimad etdiyi Məhəmməd peyğəmbərin ailəsi) həsr olunub”, Fərat videoda qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG