Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Natalya Dresvyannikova Kyiv vilayətində qadın sığınacağına rəhbərlik edir, çətin vəziyyətdə olan qadınlara kömək edirdi. İşğaldan sonra sığınacaq öz qapılarını köçkün qadınlara və əsirlikdən azad edilənlərə açıb. Bu gün bu qadınlara tikiş dərsləri verilir və sonra iş tapmaqda onlara yardım göstərilir. İ
İrina Kukina Krımdandır. Bu gün o, köynəklər tikir.
“Mən Krım üçün çox darıxıram, necə darıxmaya bilərəm, orada doğulmuşam.Ümid edirəm ki, tezliklə Ukrayna Krımına qayıdacağam”.
Rusiya Krımı ilhaq etməzdən əvvəl Kukina nəşriyyat filialının rəhbəri olub. 2014-cü il ilhaqından sonra o, Kyivə köçüb. Lakin 2022-ci ilin fevralında onun həyatı Rusiyanın işğalı ilə alt-üst olub.
Bu gün Kukina Kyiv vilayətindəki keçmiş qadın sığınacağı Vilna Nitkada işləyir. Onun təsisçisi Natalia Dresvyannikova əvvəllər çətin vəziyyətə düşmüş qadınları bura yerləşdirirdi, lakin o, Rusiyanın işğalından sonra buranı köçkün ukraynalı qadınlara sahib çıxmaq, onlara tikiş öyrətmək və sonra işə düzəlmək kimi məqsəd qoyub.
“Bura gələnə qədər tikiş haqqında heç bir fikrim yox idi, həyatımda heç nə tikməmişdim. Amma gördüyünüz kimi mən yaxşı işləyirəm. Düşünürəm ki, bu, ukraynalı qadınların qanında var - tikiş tikmək”.
Təsisçi Natalya Dresvyannikova deyir ki, Vilna Nitka sayəsində iş tapan qadınların heç də hamısı kamera qarşısında danışmaq istəmir. Buradakı qadınlardan biri dörd ildən çox əsirlikdə olub.
“Larisa qondarma Luqansk Xalq Respublikasındakı həbsxanadan çıxandan sonra bizə zəng etdi, Kyiv vilayətinə gəldi - nə ailəsi, nə paltarı, nə də yaşayış yeri... Yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirdi. "
Sığınacaq Kyiyin Vışqorod regionunda yerləşir. Region Vilna Nitka üçün lazım olan bütün avadanlıqları ala bilib.
ABŞ-dakı Ukrayna icması, o cümlədən Vaşinqton yaxınlığındakı Merilendin Müqəddəs Endryus Ukrayna Pravoslav Kafedrlaındakı Humanitar Mərkəz sayəsində qadınlar tikuşlə məşğul olur.
Mərkəzdəki könüllülər Vilna Nitkaya böyük sifarişlər verib və ABŞ-Ukrayna icması sayəsində onların tikdiyi köynəklər ABŞ-da populyarlıq qazanır.
“Bu, Xerson vilayətindən olan naxışlardır, bu İvano-Frakivskdəndir. Bu, xüsusilə məşhurdur, ənənəvi Krım tikiş tərzidir. Çətin vəziyyətdə olan, uşaqları tək böyütmək məcburiyyətində qalan qadınlara iş verməyi sevirik. Onlara tikiş işlərini satmağa kömək edə bildiyimiz üçün xoşbəxtik”, Humanitar Mərkəzdən Oleksandra Kordiyaka bildirib .
Amerikalı Süzan Karboninin artıq bir naxışlı köynəyi var, lakin o, daha bir köynək sifariş edib.
"Düşünürəm ki, bu,çox gözəldir və simvolikdir, baxmayaraq ki, simvolların nə olduğunu bilmirəm, amma düşünürəm ki, bütün bu naxışlar çox köhnədir və buna görə də insanlar üçün böyük məna daşıyır!"
Vışqorodda ukraynalı qadınlar çox vaxt hava hücumu siqnallarının müşayiəti ilə gözəl naxışlı parçalar yaratmağa davam edirl. Ancaq deyirlər ki, bu, beyinlərinin, əllərini məşğul, etdikləri ilə fəxr etməyə kömək edir.
Forum