Accessibility links

ABŞ Nümayəndələr Palatası hökumət agentliklərinin müvəqqəti maliyyələşməsinə səs verdi


Mayk Conson, ABŞ Nümayəndələr Palatasının spikeri
Mayk Conson, ABŞ Nümayəndələr Palatasının spikeri

ABŞ Nümayəndələr Palatası 336:95 səs nisbəti ilə büdcə planına səs verərək çərşənbə axşamı qismən hökumət bağlanmasının qarşısını alıb ki, bununla da xərcləmə prioritetləri ilə bağlı debat 2024-cü ilin əvvəllərinədək uzadılır.

Amerika boyunca bütün hökumət agentliklərinə ayrılmış maliyyə ehtiyatları cümə günü gecəyarısı bitir. Bu isə Konqres və Ağ Evi hökumətin ən azı müvəqqəti olaraq maliyyələşməsi üçün kompromisə gəlməyə vadar edib.

Konqresin aşağı palatası spiker Mayk Consonun təklifini təsdiqləyib. Conson hazırda cüzi səs fərqi ilə çoxluq təşkil edən Respublikaçıların lideridir.

Bu səsvermə agentlikərin maliyyə ehtiyatlarını yanvarın ortalarındaək, bəzilərininkini isə fevraladək uzatmış olur.

Həmin tarixlərədək Konqres bütün dövlət xərcləri ilə bağlı debat keçirməli və qərara gəlməlidir.

Bu plana səsvermədə Conson Demokratlardan daha çox dəstək ala bilib. Belə ki, plana 209 Demokrat, cəmi 129 Respublikaçı səs verib. Ona qarşı 93 Respublikaçı və iki Demokrat çıxıb.

Senatın planı təsdiqləyəcəyi və imzalanması üçün Prezident Co Baydenə göndərəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG