Accessibility links

Hesabat: Rusiyada İran dizaynlı kamikadze pilotsuz təyyarələrin kütləvi istehsalı üçün zavodun tikintisində irəliləyiş əldə edilib


Araşdırma təşkilatı bildirib ki, peyk görüntüləri Rusiyanın Moskvanın Ukraynanın enerji obyektlərini hədəf alacağı İran dizaynlı kamikadze pilotsuz təyyarələrin kütləvi istehsalı üçün zavodun tikintisində irəliləyiş olduğunu göstərir.

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabatında deyilir ki, irəliləyişlərə baxmayaraq, nə ABŞ, nə də onun müttəfiqləri zavodun sahibi, Alabuga ASC və onunla əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Ağ Ev, Rusiya səfirliyi və İranın BMT-dəki missiyası şərh tələblərinə hələ cavab verməyib.

Hesabatda deyilir ki, sentyabrın ortalarında çəkilmiş peyk görüntüləri zavodda yeni tikintinin “Vaşinqton Post”un bu ilin əvvəlində institutla paylaşdığı binanın sızmış mərtəbə planı ilə “birbaşa” əlaqəli olduğunu göstərir.

Hesabatda bildirilir ki, digər sızan sənədlərə görə, bina İranın istehsal proseslərinin təkmilləşdirilməsi və nəticədə pilotsuz təyyarələrin imkanlarının genişləndirilməsini nəzərdə tutan İranın Şahed-136-nın kütləvi istehsalı üçün istifadə olunacaq.

Hesabata əsasən, peykdən çəkilmiş görüntüdə digər strukturların və nəzarət-buraxılış məntəqələri ilə yeni təhlükəsizlik perimetrlərinin tikintisi də əks olunub.

“Qışın sürətlə yaxınlaşması ilə Rusiyanın Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturuna “Şahed 136” hücumlarını sürətləndirərək dinc sakinlər üçün amansız həyat şəraiti yaradacağını gözləmək olar” - deyə, hesabatda bildirilir.

Hesabatda deyilir ki, Vaşinqton üçün “vaxtı keçmiş əsas addım” Alabuqa və onunla əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq etməkdir.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü ölkəsini Rusiyanın enerji infrastrukturuna hücumlarına hazırlaşmağa çağırıb. Keçən qış, işğaldan təxminən 10 ay sonra Rusiya bu cür hücumların dalğasını başladıb və bu, işıqların kəsilməsinə səbəb olub.

Zavod Moskvadan 800 km (500 mil) şərqdə, Tatarıstan Respublikasında yerləşir. “Alabuga” ASC-nin 66%-i federal hökumətə, 34%-i isə respublika hökumətinə məxsusdur, hesabatda deyilir.

İyun ayında Ağ Ev bildirmişdi ki, Rusiya və İran müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir və Tehran pilotsuz təyyarələrin tədarükü ilə yanaşı, Alabuqada İran pilotsuz təyyarələrinin istehsalı üçün Moskva ilə işləyir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG