Ukrayna rəsmilər noyabrın 8-də bildiriblər ki, ötən gün ərzində ölkənin şərqində və cənub-şərqində yaşayış məntəqələrinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində azı 5 mülki şəxs həlak olub, bir neçə nəfər isə yaralanıb.
Noyabrın 8-də Donetskin şərq bölgəsində kəndin atəşə tutulması nəticəsində 3 nəfər həlak olub. Baş Prokurorluq Rusiyanın müharibə qanunlarını pozması ilə bağlı araşdırmalara başlandığını bildirib. “Rusiya ordusu Volnova rayonunun Bahatır kəndini, ehtimal ki, “Smerç” reaktiv raket sistemi ilə vurub. Zərbənin episentrində əhalinin sıx məskunlaşdığı yaşayış məntəqəsi olub, onun yanında heç bir hərbi obyekt yoxdur. Partlayışlar nəticəsində ondan çox fərdi yaşayış evi zərər görüb və dağılıb” deyə Baş Prokurorluğun açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, 58 yaşlı kişi, 60 yaşlı həyat yoldaşı və 33 yaşlı qonşusunun cəsədləri bir evin dağıntıları altından tapılıb.
Xarkiv vilayətində Rusiyanın Kupyansk bölgəsini atəşə tutması nəticəsində 57 yaşlı mülki vətəndaş həlak olub, 3 polis əməkdaşı yaralanıb, Ukrayna Daxili İşlər Nazirliyi hücumda bir dəmiryol stansiyasının da zədələndiyini xəbər verir.
Noyabrın 8-də vilayət qubernatoru Oleksandr Prokudin bildirib ki, cənubdakı Xerson vilayətində Rusiyanın atəşi nəticəsində azı bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb.
"Son sutka ərzində düşmən 108 hücum həyata keçib, minaatanlardan, artilleriyadan, "Qrad" reaktiv yaylım atəşi sistemlərindən, tanklardan, pilotsuz uçuş aparatlarından və təyyarələrdən 538 mərmi atıb. Düşmən Xerson şəhərinə 16 mərmi atıb" deyə Prokudin Telegram-da yazıb. O həmçinin əlavə edib ki, Rusiya hərbçiləri Xersondakı digər yaşayış məntəqələrini və fabriki hədəfə alıblar.
Digər tərəfdən Ukrayna ordusunun Baş Qərargahı noyabrın 8-də gündəlik bülletenində bildirib ki, döyüş meydanında Ukrayna qüvvələri son sutka ərzində cəbhə xəttində 45 yaxın məsafəli döyüş keçirib.
Hərbçilər bildiriblər ki, rus qoşunları Donetskdəki Avdiyivka şəhərini mühasirəyə almaq cəhdlərini davam etdirirlər, burada ukraynalı müdafiəçilər son sutka ərzində 14 hücumu dəf ediblə biliblər.
Rusiya qüvvələri son bir neçə həftə ərzində Moskvanın 2022-ci ilin fevralında səbəbsiz işğalı nəticəsində başlanan müharibənin ən qanlı döyüşlərindən birində Adviyivkanı ələ keçirməyə dəfələrlə cəhd edib.
Forum