Onun atası kəskin ifadə verib. Qardaşlarının hər biri şahid kürsüsündə bir gündən çox vaxt keçirib.
İndi ailə biznesini açıq şəkildə araşdıran mülki fırıldaqçılıq məhkəməsində sorğu-sual edilmək növbəsi İvanka Trampındır. Sabiq prezident Donald Trampın həm biznesdə, həm də siyasətdə yaxın çevrəsinə daxil olan böyük qızı ifadədən yayınmaq cəhdindən sonra çərşənbə günü tribunada olacaq.
Atası və qardaşları Erik Tramp və kiçik Donald Trampdan fərqli olaraq, o artıq Nyu York Baş prokuroru Letişa Ceymsin irəli sürdüyü ittiham üzrə müttəhim deyil.
Ceyms iddia edir ki, Donald Trampın aktivlərinin dəyərləri ona kredit və sığorta almağa kömək edən maliyyə hesabatlarında illərlə saxtalaşdırılıb.
Münsiflər heyəti olmayan məhkəmə konspirasiya, sığorta fırıldaqlığı və biznes qeydlərinin saxtalaşdırılması məsələləri üzrə ittihamlarla bağlı qərar verəcək. Lakin hakim Artur Enqoron Trampın dələduzluqla məşğul olmasına qərar verərək artıq ittihamın əsas iddiasını müəyyənləşdirib.
Bu qərar eks-prezidenti “Trump Tower” kimi mülklərinə nəzarətdən məhrum edə biləcək müddəalarla gəlib, baxmayaraq ki, apellyasiya məhkəməsi ona ən azı indiyə qədər öz holdinqlərinə nəzarəti davam etdirməyə icazə verir.
Demokrat Ceyms 300 milyon dollardan çox cərimə və Trampın Nyu-Yorkda bizneslə məşğul olmasına qadağa qoyulmasını istəyir.
Keçmiş prezident və Respublikaçılar Partiyasının 2024-cü il seçkilərində aparıcı namizədi digər müttəhimlər kimi hər hansı bir qanun pozuntusunu rədd edir. O, bazar ertəsi məhkəmədə israr edib ki, onun maliyyə hesabatları onun xalis dəyərini çox aşağı qiymətləndirir, hər hansı uyğunsuzluqlar kiçikdir və bu onu onu məsuliyyətdən azad edir və "bu məhkəmə işi biabırçılıqdır".
İvanka Tramp atasının administrasiyasında ödənişsiz baş məsləhətçi olmamışdan əvvəl ailənin Tramp Təşkilatının icraçı vitse-prezidenti olub.
Hələ də Trump Təşkilatının icraçı vitse-prezidentləri olan qardaşları kimi, o, atalarının illik maliyyə hesabatları haqqında minimal məlumatı olduğunu etiraf edib.
"Mən, konkret olaraq, onun adından, təşkilatdan və üzərində işlədiyim mülklərdən ayrı və fərdi, fərqli bir şəxs kimi onun üçün nə hazırlandığını bilmirəm" – deyə, o qeyd edib.
O, ifadələri kimin hazırladığını və sənədlərin necə tərtib edildiyini bilmədiyini deyib.
Trump Təşkilatının icraçı direktoru olaraq İvanka Tramp, məhkəmə sənədlərinə görə, Vaşinqtonda otel üçün kredit və icarələrin alınması ilə yanaşı, Mayami yaxınlığındakı Doral qolf kurortunun və Çikaqoda otel və göydələn yaşayış binasının maliyyələşdirilməsi ilə məşğul idi.
Atasının andiçmə mərasimi yaxınlaşdıqca, o, 2017-ci ilin yanvarında Trump Təşkilatı işindən uzaqlaşdığını elan etmişdi. Administrasiyada işlədikdən sonra Floridaya köçmüşdü.
Apellyasiya məhkəməsi ona qarşı ittihamların çox köhnə olduğunu bildirərək, iyun ayında onu itihamda cavabdeh qismində olmasını rədd edib.
Vəkilləri onun ifadə verməli olmadığını iddia ediblər. Onlar deyiblər ki, dövlət sadəcə onu məhkəməyə çəkməklə ailəni sıxışdırmağa çalışır.
Baş prokurorluq onun ifadəsinin aktual olacağını iddia edərək, onun bu işdə müzakirə olunan bəzi hadisələrdə iştirak etdiyini və maliyyə və peşəkar baxımdan Trump Təşkilatının və onun liderləri ilə bağlı qaldığını bildirib.
Ştatın məhkəmə sənədlərinə görə şirkət onun və biznesi üçün sığorta alıb, ev işçiləri və kredit kartı hesablarını idarə edib, mənzilini icarəyə verib və onun hüquqi haqlarını ödəyib.
Enqoron və daha sonra apellyasiya məhkəməsi onun ifadə verməli olduğuna qərar verib.
Forum