Accessibility links

Azərbaycanda hərbçilərin maaşları artırılıb


Azərbaycan Ordusu
Azərbaycan Ordusu

Azərbaycanda hərbçilərin aylıq maaşı 20 faiz, xüsusi təyinatlı hərbçilərin aylıq maaşı isə 2,1 dəfə artırılıb.

Noyabrın 7-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 2024-cü il yanvarın 1-dən orta hesabla 20 faiz artırılması barədə fərmanlar imzalayıb.

Prezident həmçinin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının 2024-cü il yanvarın 1-dən aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılması barədə fərman imzalayıb.

Müşahidəçilərin dediyinə görə, həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların əmək haqları rütbəsindən, tutduğu vəizfədən və təyinatından asılı olaraq orta hesabla min manatdan yuxarıdır.

Hərbçilərin maaşlarının artırılması noyabrın 8-də Azərbaycanda qeyd edilən Zəfər Günü ərəfəsinə təsadüf edir. Həmin gün Xankəndi şəhərində hərbi parad keçiriləcəyi bildirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG