Accessibility links

Kreml Putinin 2024-cü il prezident seçkilərində iştirakı barədə yayılan məlumata birbaşa cavab verməkdən yayınır


2024-cü ilin martında Rusiyada növbəti prezident seçkiləri keçiriləcək. Kreml noyabrın 6-da prezident Vladimir Putinin seçkilərdə iştirak etmək qərarına gəldiyinə dair xəbəri nə təsdiq, nə də təkzib edib. Və bildirilir ki, o bu məsələ ilə bağlı "heç bir açıqlama verməyib".

Reuters agentliyinin bir çox mənbəyə istinadən verdiyi xəbərə görə, Putin namizədliyini irəli sürmək qərarına gəlib və bu addım onu ən azı 2030-cu ilə qədər hakimiyyətdə saxlayacaq. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, rəsmi olaraq seçki kampaniyası hələ başlamayıb.

Bir çoxlarının ömür boyu hakimiyyətdə qalmağa çalışacağını gözlədiyi 71 yaşlı Putin səhhətinin pis olması ilə bağlı şayiələr - bütün bunları Kreml təkzib edir - bəzi dairələrdə onun gələcək planlarının nə olacağı ilə bağlı suallar doğurur.

"Qərar verildi - o, namizəd olacaq" deyə planlaşdırma haqqında məlumatı olan mənbələrdən biri Reuters-ə bildirib. Digər bir mənbə isə "Kommersant" qəzetinin keçən ay verdiyi xəbəri istinad gətirərək məsələ ilə əlaqədar bir neçə həftə ərzində işarələrin gələcəyini bildirir.

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının dekabrda ayında qarşıdan gələn prezident seçkilərinin dəqiq tarixini açıqlayacağı və bundan sonra siyasi partiyaların mart seçkilərində namizədlərini irəli sürməyə başlayacağı gözlənilir.

Putin 1999-cu ilin son günündə prezident vəzifəsini Boris Yeltsindən təhvil alıb və o, İosif Stalindən bəri hər hansı digər Rusiya hökmdarından daha uzun müddət hakimiyyətdə qalıb. Putin hətta 18 il hakimiyyətdə olan Leonid Brejnevi də geridə qoyub.

Putin 2020-ci ildə Rusiya Konstitusiyasına etdiyi dəyişikliklərə görə 2024-cü ildə yeni müddətə namizəd olmaq hüququ əldə edib.

Düzəlişlər təqdim edilməzdən əvvəl konstitusiya bir prezidentin yalnız iki dəfə altı il müddətinə xidmət etməsinə icazə verirdi, yəni Putin ikinci ardıcıl prezidentlik müddəti bitdikdən sonra 2024-cü ildə istefa verməli idi.

Düzəlişlərin tətbiqi ideyası olduqca sovet üslubunda - 1963-cü ildə kosmosa uçan ilk qadın olan deputat, Valentina Tereşkova tərəfindən irəli sürülüb.

Yeni konstitusiyaya görə, Putin 2024-cü ildə növbəti dəfə prezidentlik yarışında qalib gələrsə və altı ildən sonra yenidən seçilərsə o, 2036-cı ilə qədər hakimiyyətdə qala bilər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG