Donald Tramp bazar ertəsi Nyu-Yorkdakı məhkəmə zalına qayıdıb. O siyasətə girməzdən əvvəl reputasiyasını quran daşınmaz əmlak imperiyasını ilə əlaqədar fırıldaqçılıq məhkəməsi prossesində şahid qismində çıxış edəcək.
Keçmiş ABŞ prezident, keçən həftə ifadə verən iki yetkin oğlu kimi şübhəli mühasibat təcrübələri ilə bağlı kəskin suallarla üzləşəcək.
Nyu-York ştatının hüquqşünasları iddia edirlər ki, bir çox kreditorların onunla iş görməkdən imtina etdiyi bir vaxtda o, şübhəli mühasibat üsulları ilə qolf meydançalarının, yaşayış binalarının və digər aktivlərinin dəyərini artırmaqla əlverişli maliyyə şərtləri qazanmaq imkanı əldə edib. Bildirilir ki, belə fəaliyyət ona 100 milyon dollar qazandırıb və sərvətini 2 milyard dollar şişirdib. Tramp bütün bu iddaların hamısını rədd edib.
2024-cü il Respublikaçılar partiyasından prezidentliyə namizədin üzləşdiyi dörd cinayət işindən fərqli olaraq, bu mülki məhkəmə Trampın Ağ Evə qayıtması yolunda həbslə təhlükəsi yaratmır.
Lakin bu prosses Trampın zərif kurortlar və onun adını daşıyan premium qolf meydançaları arasında gəzən cazibədar milyarder kimi onilliklər ərzində formalaşmış imicinə xələl gətirə bilər.
Nyu-Yorkun baş prokuroru Letitia Ceyms məhkəmədən $250 milyon dollar cərimə, həmçinin Tramp və oğullarına öz ştatlarında bizneslə məşğul olmasına mane olacaq məhdudiyyətlər tələb edir.
Hakim Artur Engoron artıq onun biznesinin böyük hissəsinə nəzarət edən şirkətlər üçün biznes sertifikatlarını ləğv edib, baxmayaraq ki, bu sərəncam apellyasiya müddətində saxlanılır.
İndiyə qədər məhkəmə prosesində təqdim edilən sübutlar, Trampın oğulları Erik və kiçik Donald da daxil olmaqla şirkət rəsmilərinin Floridadakı Mar-a-Laqo əmlakı kimi əsas obyektlərinin dəyərini manipulyasiya etmək səylərində iştirak etdiyini ortaya qoyub.
Trampın olduqca məşğul görünən gələn ilki təqvimi onun seçki kampaniyasından uzaqlaşdırmaqla hədələyir.
Bununla belə Respublikaçı seçiciləri onun hüquqi problemləri narahat etmir. Sorğular onu partiyanın prezidentliyə namizədliyi uğrunda mübarizədə lider mövqedə olduğunu göstərir.
Forum