Baş nazir Benyamin Netanyahu bazar günü İsrailin Qəzzaya nüvə zərbəsi endirməsi fikrini açıq şəkildə ifadə edən nazirlər kabinetinin bir üzvüne cəzalandırıb. Koalisiya hökumətindəki ifrat sağ partiyadan olan irs naziri Amihay Eliyahuya “sonrakı xəbərdarlığa qədər” kabinet iclaslarından kənarlaşdırılıb.
Radioya verdiyi müsahibədə hipotetik nüvə variantı ilə bağlı suala Eliyahu belə cavab vermişdi: “Bu, bir yoldur”. Onun bu sözləri ərəb mediasında manşetlərə çevrilib, İsrailin əsas yayımçılarında qalmaqala səbəb olub və ABŞ rəsmisi tərəfindən “lazımsız” adlandırılıb
Nə Eliyahu, nə də partiyasının lideri Qəzza müharibəsini idarə edən nizamlı nazirlər forumunda iştirak edir. Onlar həmçinin İsrailin nüvə imkanlarına dair heç bir daxili məlumata malik olmadıqlarını açıq şəkildə etiraf etmir.
"İlyahunun bəyanatları reallığa əsaslanmır. İsrail və hərbi qüvvələri günahsız insanlara zərər verməmək üçün beynəlxalq hüququn ən yüksək standartlarına uyğun fəaliyyət göstərir. Qələbəmizə qədər bunu davam etdirəcəyik", Netanyahunun ofisi bildirib.
Müharibədə 9500-ə yaxın fələstinlinin həlak olması İsrailin taktikası ilə bağlı beynəlxalq narahatlığı artırıb. Böhran həftə sonu ABŞ Dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə növbəti problemlərin həlli səfərinə səbəb olub.
ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi "Aydındır ki, bu, etiraz doğuran bəyanat idi və Baş nazir (Eliyahu) hökumətin adından danışmadığını açıq şəkildə bildirdi" deyib.
Eliyahu sosial şəbəkədəki paylaşımında deyib: "Nüvə qeydinin məcazi olduğu ağıllı olan hər kəsə aydındır". Lakin o əlavə edib: "Terrora qarşı qəti və qeyri-mütənasib reaksiya tələb olunur ki, bu da nasistlərə və onların havadarlarına terrorizmin dəyməz olduğunu aydınlaşdıracaq".
İsrailin məhv edilməsini müdafiə edən islamçı qrup HƏMAS-ın sözçüsü Eliyahunun "bütün region və dünya üçün təhlükə təşkil edən misli görünməmiş cinayətkar İsrail terrorizmini" təmsil etdiyini bildirib.
Eliyahunun Kol Barama radiosuna verdiyi müsahibədə qeyd olunub ki, Qəzzanın dağıdılması 240-a yaxın girovu təhlükə altına salacaq.
Forum