Accessibility links

Sərhədsiz Reportyorlar: Livanda hücuma məruz qalan jurnalistlər qəsdən hədəf alınıb


Qadın 13 oktyabrda zərbə nəticəsində öldürülmüş jurnalist İssam Abdullahın şəklini tutub. Beyrut, Livan. 15 oktyabr, 2023.
Qadın 13 oktyabrda zərbə nəticəsində öldürülmüş jurnalist İssam Abdullahın şəklini tutub. Beyrut, Livan. 15 oktyabr, 2023.

PARİS — Sərhədsiz Reportyorlar Təşkilatının (Reporters Sans Frontières) apardığı təhqiqatın nəticələrinə görə, iki həftə öncə Livanın cənubunda Reuters xəbər agentliyinin jurnalistinin qətli və digərlərinin yaralanması qəsdən hədəf alınma nəticəsində baş verib.

Oktyabrın 13-də Livanın Alma əl-Şaab kəndinə endirilən zərbələr nəticəsində video jurnalist İssam Abdullah həlak olmuş və Agence France Press agentliyinin iki jurnalisti də daxil olmaqla,altı digər jurnalist xəsarət almışdır.

"Təhqiqatın ilkin tapıntıları göstərir ki, müxbirlər təsadüfi atəşin qurbanı olmayıblar," Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bildirib. "Onların 'press' nişanlı avtomobillərindən biri hədəf alınıb və o da aydın idi ki, onun yanında durmuş qrup jurnalistlərdən ibarət idi."

Jurnalistlər inanırlar ki, onlar sərhədin İsrailə məxsus hissəsindən atəşə məruz qalıblar.

Təşkilatın ilkin tapıntıları açıq şəkildə İsrail qüvvələrini təqsirkar bilməyib, lakin ballistik analizlərin atəşin şərqdən - sərhədin İsrail tayından qaynaqlandığını göstərdiyini bildirib.

RSF təhqiqatı aşkarlayıb ki, 37 saniyəlik fasilə ilə iki zərbə jurnalistlərin bir saatdan da çox vaxt keçirdikləri nöqtəni vurub.

İlk zərbə Abdullahı öldürüb, ikinci və daha qüclü zərbə Əl-Cəzirəyə məxsus jurnalistlərlə dolu maşının partlamasına səbəb olub.

Qurum tərəfindən dindirilən iki jurnalist zərbələrdən bir neçə saniyə öncə ərazi üzərindən İsrail helikopterinin uçduğunu bildirib.

RSF təhqiqatın davam etdiyini söyləyib.

Livan rəsmiləri zərbələrə görə İsraili günahlandırıb.

İsrail ordusu ölümcül hücumun baş verdiyi şəraiti araşdırdığını bildirib.

Forum

XS
SM
MD
LG