Accessibility links

Təbriz millət vəkilinin müəllimlərlə görüşdə davranışı tənqidlərə səbəb olub


Təbriz millət vəkili Əlirza Munadi
Təbriz millət vəkili Əlirza Munadi

Bir sıra müəllimlərin Təbriz millət vəkili və parlamentdəki Təhsil Komissiyasının rəhbəri Əlirza Munadi ilə görüşünün videosu sosial mediada istifadəçilərin tənqidlərinə və mənfi reaksiyalarına səbəb olub.

Sosial media platformalarında paylaşılan videoda Munadinin dırnaqları ilə dişlərini təmizlədiyi, masanın altından bir ovuc yemiş götürərək yeməyə başladığı, sonra stulunu sağa-sola çevirdiyi və kağızla özünü yellədiyi göstərilir.

Sosial media istifadəçiləri millət vəkilinin davranışını hörmətsizlik və həqarət kimi dəyərləndirərək tənqid ediblər.

İranda müəllimlər bir çox məişət problemləri ilə üzləşdiyi üçün bu görüşdə problemlərini həll etmək və şikayətlərini bildirmək üçün təhsil komissiyasının rəhbəri Əlirza Munadiyə müraciət ediblər. Munadiyə müraciət edən müəllimlərin Xuzistan vlayətindən gəldikləri qeyd olunub. Millət vəkilinin ofisinə uzaq məsafədən gələn müəllimlərə qarşı Əlirza Munadinin davranışları sosial mediada təpkiyə səbəb olub.

Araz News Telegram kanalı bu videonu paylaşaraq, millət vəkilinin davranışımı "iyrənc və təhqiredici" olaraq qiymətləndirib. "Təyinatla formalaşan parlament, hesabat verməyən sistem, meyarın ləyaqət deyil, korrupsioner sistemə vəfalılıq olduğu durumda, azad şəkildə tənqid edə bilən media olmadığı təqdirdə, bundan başqa nə gözləmək ola bilər?" -deyə kanalda qeyd edilib.

Təbrizli parlamentar bu videonun yayılmasında sonra ona qarşı reaksiyalar və tənqidlərə hələ ki cavab verməyib.

Forum

XS
SM
MD
LG