Accessibility links

ABŞ mülki vətəndaşları müdafiə etməyə çağırarkən İsrail Qəzzaya hücumlarını intensivləşdirir


Son inkişaflar:

  • İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-a qarşı əməliyyatların növbəti mərhələyə qədəm qoyduğunu deməsindən qısa müddət sonra İsrail Müdafiə Qüvvələrinin sözçüsü sakinləri HƏMAS-ın istinadgahlarından uzaqlaşdırmağa çağıraraq, “Bizim mübarizəmiz Qəzza xalqı ilə deyil, HƏMAS-ladır” deyib.
  • İsrailin döyüş təyyarələri son 24 saat ərzində Qəzza zolağında HƏMAS-ın təxminən 450 hədəfinə zərbələr endirib.
  • Təl-Əviv BMT-nin minlərlə insanın qida və “sağ qalmaq üçün vacib əşyaları” götürmək üçün yardım anbarlarına basqın etməsi ilə bağlı məlumatı fonunda bir neçə gün ərzində ikinci dəfədir Qəzzaya yardımın daxil olmasına icazə verəcəyini vəd edir.
  • Agentlik rabitənin kəsilməsi nəticəsində yardım konvoylarının dayanmasından sonra Qəzzada internet bağlantılarının qismən bərpa edildiyini təsdiqləyir.

İsrail hərbi qüvvələri Qəzza zolağında HƏMAS militantlarını hədəf alan hərbi hücumları daha çox hava zərbələri və quruda əməliyyatlar vasitəsi ilə gücləndirdiyini bildirib.

Hərbi rəsmilər bazar günü quru qüvvələrin Qəzza zolağından İsrailə yeganə piyada keçid olan Erez keçidi yaxınlığındakı tuneldən çıxarkən bir neçə HƏMAS militantını öldürdüyünü bildiriblər. İsrail qüvvələri tərəfindən neçə yaraqlının öldürüldüyü bəlli deyil.

HƏMAS-ın Qəzza zolağının altında geniş tunel şəbəkəsi var və burada silah, ərzaq və digər ləvazimatları saxladığı güman edilir.

İsrailin Qəzza zolağına əsgəri qüvvə göndərməsindən iki gün sonra İsrail ordusu HƏMAS militantlarına qarşı genişləndirilmiş hərbi səylərin bir hissəsi olaraq, Qəzza zolağının şimalında hava hücumları davam etdirdiyi zaman sakinləri yenidən cənuba doğru getməyə çağırır.

İsrail Müdafiə Qüvvələri bazar günü səhər bildirib ki, döyüş təyyarələri son 24 saat ərzində Qəzza zolağında HƏMAS-ın 450 hədəfinə zərbələr endirilib. Bunların arasında Qəzza zolağında sığınacaq axtaranların yerləşdiyi xəstələrlə dolu olan Şifa xəstəxanası yaxınlığındakı ərazinin də olduğu bildirilir.

“Həmas terrorçuları mülki binaların içərisində və altında fəaliyyət göstərirlər, çünki onlar İDF-nin terrorçularla mülki şəxslər arasında fərq qoyduğunu bilirlər,” İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bazar günü X platformasında (keçmiş Twitter) yayımladığı video müraciətdə bildirib.

O, sakinləri “HƏMAS istinadgahlarını” tərk etməyə çağırmazdan əvvəl İsrail ordusunun “əməliyyatlarını genişləndirdiyini” deyib.

“Biz Qəzza zolağında HƏMAS-a qarşı müharibəmizin növbəti mərhələsinə keçirik,” o bildirib.

Bundan öncə Benyamin Netanyahu şənbə günü verdiyi açıqlamalarda müharibənin “uzun və çətin” olacağı barədə xəbərdarlıq edib.

“HƏMAS Qəzzadakı mülki əhali arasından atəş açarkən mülki İsrail vətəndaşlarına hücum edir. Bizim mübarizəmiz Qəzza xalqı ilə deyil, HƏMAS-ladır” İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.

Onun Qəzzanın cənubuna yardıma icazə verməklə bağlı verdiyi ikinci vədlə yekunlaşan açıqlamaları humanitar atəşkəsə dair geniş beynəlxalq çağırışlar fonunda verilib.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) minlərlə insanın qida və “saq qalmaq üçün digər vacib əşyaları” götürmək üçün bazar günü səhər tezdən Qəzza zolağındakı yardım anbarlarına basqın etdiyini bildirib. Agentliyin Qəzza zolağı üzrə direktoru Tomas Uayt bildirib ki, ofisə müdaxilə “vətəndaş asayişinin pozulmağa başladığına dair narahatedici işarədir”.

Oktyabrın 7-də HƏMAS militantlarının İsrailin cənubuna hücum edərək, əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox insanı öldürməsindən sonra Qəzza davamlı bombardman altındadır. HƏMAS ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınıb.

Forum

XS
SM
MD
LG