Accessibility links

Cavad Abbasi: Təbrizdə həbsdə olan fəallarımızın tutulma səbəblərini millətimizə anlatmalıyıq


Cavad Abbasi
Cavad Abbasi

Siyasi fəal Cavad Abbasi Amerikanın Səsinə müsahibəsində həftələrdir Təbrizdə İranın təhlükəsizlik qurumları tərəfindən sorğu-sual edilən fəallar və ailələrinin qarşı-qarşıya olduğu basqılar və çətinlikləri şərh edib.

Abbasi müsahibədə həmçinin Urmiyə gölünün vəziyyəti və gölün çevrəsində yaşanmaqda olan ekoloji fəlakəti önləmək istiqamətində Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin üzərinə düşən məsuliyyət haqqında danışıb.

Abbasi həbsdə olan fəallara işarə edərək deyir ki, "biz millətmizə anlatmalıyıq, deməliyik ki, bunları niyə tutublar. Səbəbi önəmlidir. Çünki, burada heç bir şəxsi məsələ yoxdur."

Cavad Abbasi: Təbrizdə həbsdə olan fəallarımızın tutulma səbəblərini millətimizə anlatmalıyıq
please wait

No media source currently available

0:00 0:16:11 0:00
Direct link

Həftələrdir Təbrizdə təhlükəsizlik qurumu tərəfindən sorğu-sual edilən Peyman İbrahimi, Murtuz Nurməhəmmədi, Davud Şiri, Əli Babayi, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi və İbrahim Əvəzzadə kimi fəalların nəzarət müddəti bir neçə dəfə uzadılıb.

Abbasinin sözlərinə görə, "Güney Azərbaycanda Milli Hərəkatın mübarizə metodu həmişə mədəni yollarla olub. Heç bir zaman zorakılığa və silaha tərəf getməyib. Ancaq, bu rejim insanların düşüncələrini və fikirlərini mühakimə etmək istəyir. İnsanlar hüquqlarının pozulmasına mədəni yollarla etiraz bildirmək istədiyində, hələ meydana gəlmədən və etiraz etmədən onlara basqı edir. Onların evlərinə girir."

O, İranda məhkəmə sisteminin kəşfiyyat və təhlükəsizlik qurumlarının göstərişi ilə hərəkət etdiyini deyir:

"Məhkəmə qərarı olmadan, hər hansı bir suç olmadan istədikləri ailələrin və şəxslərin özəlinə və həyatına hörmətsizlik edərək evlərinə girib və tuturlar. Evi dağıdıb, əşyalarını, kompüterdən kitapdan şəxsi əşyaya qədər əl qoyub aparırlar. Çünki, İranda məhkəmə sistemi rejimin kəşfiyyat və təhlükəsizlik orqanlarının kontrolundadır... Tutulduqdan sonra da nə vəkil var, nə ailələrin məlumatı var. Fəallar tamamən eşik dünyadan təcrid olunmuş tək nəfərlik kameralarda gözü bağlı sorğulanırlar. Hətta bir çox zaman o gözü bağlı sorğulamaların cavablarını da gözü bağlı imzalatdıqlarına mən özüm tutulanda şahid olmuşam. Məhkəmənin verəcəyi qərar da öncədən rejimin təhlükəsizlik orqanları tərəfindən müəyyən olunur və onların oraya qoyduğu hakimlər tərəfindən imzalanır."

Cavad Abbasi siyasi məhbusların ailələrinin üzləşdikləri əziyyətlər və basqılara diqqət çəkərək əlavə edir ki, "ailələrin yanında olmaq, onlara baş vurmaq lazimdir. Onların etirazına dəstək vermək lazimdir. Biz millətimizə açıqlamalıyıq, deməliyik ki, bunları niyə tutublar. Səbəbi önəmlidir. Çünki, burada heç bir şəxsi məsələ yoxdur. Məsələn Urmiyə gölü facisəi ilə bağlı ki, milyonlarca insana qarşı, canlılara qarşı bir ekoloji faciənin xəbərçisidir, bizim bu aydınlar və aktivistlər iradə ortaya qoyub çalışıblar ki, dünyanın diqqətini oraya çəkələr."

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG